“Azərbaycan Dəmir Yolları”nın sədr müavini STP-nin rəhbərliyinə gətirilib
“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) baş direktoru Ruslan Ağabəyli vəzifəsindən azad olunub. “Report”un məlumatına görə, onun yerinə Hicran Valehov təyin edilib. O, indiyə qədər “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İdarə Heyətinin sədr müavini olub. R.Ağabəylinin isə STP-nin törəmə şirkətlərindən birinə rəhbər təyin edildiyi bildirilir.
Oxunub: 169
Xəbəri paylaş
Paylaş: