Yunanıstan neonasist partiyanın mayın 21-də keçiriləcək seçkilərdə iştirakını yasaqlayıb
Yunanıstanın Ali Məhkəməsi mayın 21-də keçiriləcək parlament seçkilərində neonasist “Qızıl şəfəq” qruplaşması ilə əlaqəli Milli Partiyanın iştirakını yasaqlayıb. “Report” xəbər verir ki, bu barədə Yunanıstanın dövlət teleradio şirkəti “ERT” məlumat yayıb. Aşırı sağçı Milli Partiyanı “Qızıl şəfəq”dən keçmiş deputat, məhkum edilmiş İlias Kasidiaris qurub. Yunanıstan məhkəməsinin hökmü ağır cinayətlərdə, xüsusilə də mütəşəkkil cinayətkar qruplaşma yaratmaqda təqsirli bilinənlərin seçkilərdə iştirakını qadağan edən son qanuna əsaslanır. Keçən həftə Yunanıstanın Ali Məhkəməsi daha iki aşırı sağçı partiyanın - Vətənpərvərlər Birliyi və “Patrida” partiyasının da seçkilərdə iştirakını yasaqlayıb.
Oxunub: 140
Xəbəri paylaş
Paylaş: