Nənə hərəkətdə olan təyyarədə düymələri səhv salıb qapını açdı
Rusiyada bu gün Çita-Moskva reysi yaşlı qadının rahatlanmaq istəməsinə görə təxirə düşüb. Qəribə hadisə 3046 nömrəli bort hərəkətə təzə başlayanda - uçuş-enmə zolağından çıxmamış baş verib. “Nənə təsadüfən qəza çıxış qapısını açdı. Hamını düşürdülər, texniki işçiləri gözləyirik”, - deyə hadisə şahidi bildirib. Yaşlı qadının sözlərinə görə, o, uçuşdan əvvəl yerini rahatlamaq - oturacağın kürək hissəsini arxaya yönəltmək istəyib, bu zaman kreslonun qolu əvəzinə qapının qəza rıçaqını dartıb. Sərnişinlər üçün növbəti reys axşama təyin olunub.
Oxunub: 160
Xəbəri paylaş
Paylaş: