Ana uşağını satarkən saxlanıldı
Rusiyada dəhşətli hadisə baş verib. 36 yaşlı Nərgiz adlı bir qadın 7 yaşlı uşağını ticarət mərkəzində satmağa cəhd edib. Globall.az xəbər verir ki, hadisə Yekaterinburqda baş verib. “Alternativ” adlı xeyriyyə təşkilatı qadını izləyib və uşağını nağd pula satmaq istədiyi anları lentə alıb. Sözügedən görüntülərdə qadının uşağını satacağı ailə ilə ilk tanış olduğu məqam əks olunub. Eyni zamanda, qadın övladının barter edilməsinə əhəmiyyət vermədiyini bildirib. Nərgizin pulu götürüb uşağı tanımadığı şəxsə verməsi ilə əlaqədar qurumlar hərəkətə keçib. "Alternativ" sözçüsü "biz sona qədər bunun sadəcə bir zarafat olduğuna ümid edirdik",-deyə bildirib. Nərgiz hazırda uşaq alveri ittihamı ilə həbsdədir. Araşdırma zamanı məlum olub ki, qadın uşağa 4 min funt sterlinq qiymət qoyub. Bu hərəkətə səbəb Nərgizin borcları və sınmış ürəyi olub. Uşağın Nərgizin birinci ərindən olduğu və ikinci ərinin uşağa görə onu istəmədiyi bildirilib. "Alternativ" rəsmisi hadisə sonrası son vaxtlar uşaqlarını satan rus qadınların sayının xeyli artdığını ifadə edərək, “bu uşaqlar ya zorakılığa məruz qalır, ya da küçələrdə dilənirlər” deyib. (modern.az)