Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
Bakının Nərimanov rayonunda 22 yaşlı gənc oğlan yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.
"Report"un məlumatına görə, 2001-ci il təvəllüdlü Məmmədov Əmir İlqar oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya catdırılıb. Müayinə zamanı ona sol ayağın sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 203
Xəbəri paylaş
Paylaş: