Bakının bir sıra yollarında tıxac var - SİYAHI
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində tıxac yaranıb. Bu barədə “Report”a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Hal-hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində; 2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 5. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində; 6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.
Oxunub: 115
Xəbəri paylaş
Paylaş: