Ukraynanın Baş naziri Avropa Komissiyasının Prezidenti ilə ölkəsinin bərpasını müzakirə edib
Kral III Çarlzın tacqoyma mərasimi münasibətilə Böyük Britaniyanın paytaxtı Londonda olan Ukraynanın Baş naziri Denis Şmıqal Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə görüşüb. “Report” xəbər verir ki, bu barədə Avropa Komissiyasının lideri “Baş nazir Denis Şmıqalla çox verimli görüş baş tutub. İyun ayında Londonda Ukraynanın bərpası ilə bağlı keçiriləcək konfransı nəzərə alaraq, Aİ-nin Ukraynanın bərpası və yenidən qurulmasına dəstəyini müzakirə etdik. Aİ Ukraynaya ölkənin yenidən qurulmasına kömək etmək öhdəliyində möhkəm qalacaq”, - Prezidenti sosial şəbəkədə bildirib.
Oxunub: 109
Xəbəri paylaş
Paylaş: