"Azəriqaz" rəhbərliyi Xızıda vətəndaş qəbulu keçirəcək
Mayın 8-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) rəhbərliyi Xızı rayonunda vətəndaş qəbulu keçiriləcək. Bu barədə “Report”a “Azəriqaz”dan məlumat verilib. Bildirilir ki, qəbul saat 11:00-da Xızı şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutacaq, Xızı və Siyəzən rayonlarının sakinlərinin müraciətləri dinləniləcək. Qəbula dair əlavə məlumat almaq istəyənlər İstehsalat Birliyinin Xaçmaz Regional qaz istismarı İdarəsinə (tel: 050 845 73 13; 023 31 5 04 53) müraciət edə bilərlər.
Oxunub: 114
Xəbəri paylaş
Paylaş: