Kiyevə dron hücumu olub, yaralananlar var
Ukraynanın paytaxtı Kiyevə dron hücumu nəticəsində 3 nəfər yaralanıb. “Report” xəbər verir ki, bu barədə paytaxtın meri Vitali Kliçko teleqramda bildirib. Onun sözlərinə görə, şəhərin Svyatoşınski rayonuna hücum edən dronların qalıqları düşüb. Mer paytaxtda 3 nəfərin xəsarət aldığını da qeyd edib: “Partlayış yerində Solomenski rayonunda 3 və Svyatoşınski rayonunda 1 zərərçəkmiş var. Həkimlər hadisə yerində yardım edirlər”.
Oxunub: 100
Xəbəri paylaş
Paylaş: