AFP-nin jurnalisti Baxmutda həlak olub
“Agence France-Presse”in (AFP) jurnalisti Arman Soldin Ukraynanın Donetsk vilayətinin şiddətli döyüşlər getdiyi Baxmut rayonunda həlak olub. “Report” xəbər verir ki, bu barədə AFP tviterdə məlumat yayıb. “Bu gün Ukraynanın şərqində AFP-nin videojurnalisti Arman Soldinin ölüm xəbərini eşitməkdən məyusuq”, - paylaşımda qeyd olunub. Arman Soldinin hadisənin şahidi olan həmkarlarının agentliyə verdiyi məlumata görə, o, Baxmut rayonunun Çasovoy Yar şəhərinə Rusiyanın raket hücumu sonucunda ölüb.
Oxunub: 147
Xəbəri paylaş
Paylaş: