Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
"20-ci ƏSRİN ƏN BÖYÜK dövlət xadimlərindən biridir"- Əli Həsənov Mehdiyevi BELƏ MƏDH EDİB /VİDEO
RAMİZ MEHDİYEVİN XƏYANƏT MƏKTUBU ÜZƏ ÇIXDI - FOTOFAKT
PARLAMENT BURAXILACAQMI?..- və ya Milli Məclisi "Mehdiyev şəbəkəsi"ndən necə təmizləmək olar?
Press-fakt.az
    
  • İsrailin Qəzzaya aviazərbələri nəticəsində ölənləri sayı 90-ı ötüb
    İsrailin Qəzzaya aviazərbələri nəticəsində ölənləri sayı 90-ı ötüb
  • 
  • Rusiyaya dron hücumları - 
    Rusiyaya dron hücumları -  Moskva üzərində 7 PUA vurulub
  • 
  • “Qarabağ”-“Çelsi” oyununun biletləri satışa çıxır -
    “Qarabağ”-“Çelsi” oyununun biletləri satışa çıxır - Qiymətlər necədir? VİP - 1000 AZN!
  • 
  • “Qarabağ”-“Çelsi” oyununun biletləri satışa çıxır -
    “Qarabağ”-“Çelsi” oyununun biletləri satışa çıxır - Qiymətlər necədir?
  • 
  • Ramiz Mehdiyevin siyahısında 42 deputatın adı var -
    Ramiz Mehdiyevin siyahısında 42 deputatın adı var - İDDİA
  • 
  • Yaxın vaxtlarda ABŞ-Azərbaycan Strateji İşçi Qrupu fəaliyyətə başlayacaq
    Yaxın vaxtlarda ABŞ-Azərbaycan Strateji İşçi Qrupu fəaliyyətə başlayacaq
  • 
  • Saleh Səmədovun üçüncü oğlu da İŞDƏN ÇIXARILDI
    Saleh Səmədovun üçüncü oğlu da İŞDƏN ÇIXARILDI
  • 
  • 29 OKTYABR
    Bu gün - 29 OKTYABR Türkiyə Cümhuriyyətinin qurulmasının 102 illiyidir
  • 
  • Əli Babacan təkzib etdi -
    Əli Babacan təkzib etdi - Ərdoğanın partiyasına qayıtmayacaq
  • 
  • Qəzzaya güclü zərbələr endirilsin! - 
    Qəzzaya güclü zərbələr endirilsin! -  Netanyahu əmr verdi
  • 
  • "ABŞ dünya tarixində ən güclü və ƏN QÜDRƏTLİ ORDUYA MALİKDİR -
    "ABŞ dünya tarixində ən güclü və ƏN QÜDRƏTLİ ORDUYA MALİKDİR - Tramp
  • 
  • Rusiyalı generalın oğlu belə məhv edildi -
    Rusiyalı generalın oğlu belə məhv edildi - VİDEO
  • 
  • MİDA 627 mənzili güzəştlə satışa çıxaracaq
    MİDA 627 mənzili güzəştlə satışa çıxaracaq
  • 
  • “Moskva bu cəhdləri bütün vasitələrlə yatıracaq”-
    “Moskva bu cəhdləri bütün vasitələrlə yatıracaq”- Lavrov “Qafqazı və Orta Asiyanı vermərik” deyir
  • 
  • "Hər ay 8 “Altay” tankı istehsal olunacaq" - 
    "Hər ay 8 “Altay” tankı istehsal olunacaq" -  Ərdoğan
  • 
  • Rusiyada
    Rusiyada azərbaycanlı general 9 il müddətinə azadlıqdan məhrum edilib
  • 
  • Rusiya-Ukrayna müharibəsində daha iki azərbaycanlı həlak oldu - 
    Rusiya-Ukrayna müharibəsində daha iki azərbaycanlı həlak oldu -  FOTO
  • 
  • Prezident Cəbrayılın Horovlu kəndinin açılışında -
    Prezident Cəbrayılın Horovlu kəndinin açılışında - FOTOLAR
  • 
  • Pokrovskda şiddətli döyüşlər davam edir -
    Pokrovskda şiddətli döyüşlər davam edir - Rusiya ordusu hücumları gücləndirib
  • 
  • "O videodan görünəcək, Günay Ağamalıya çağırış edirəm ki..."-
    "O videodan görünəcək, Günay Ağamalıya çağırış edirəm ki..."- Elçin Ağamalı
  • 
  • Prezident İlham Əliyev İmişlidə səfərdədir -
    Prezident İlham Əliyev İmişlidə səfərdədir - FOTOLAR
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
  • İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi (YENİLƏNDİ)
  • Gəncə Regional Təhsil İdarəsinin rəisindən Ulu Öndərə SAYQISIZLIQ
  • Vətənin, xalqın, dövlətin XİLAS GÜNÜ
  • İlham Əliyev: “Əfsuslar olsun ki, atam bu günü görə bilmədi”
  • Ümummilli Lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yaratmış tarixi şəxsiyyət

    • Tarix: 10-05-2023, 15:00

    Bu gün xalqımız dünya miqyaslı dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini böyük təntənə ilə qeyd edir. Azərbaycan xalqının yaddaşına Heydər Əliyev müdrik lider, xilaskar, nəhəng quruculuq işlərinin müəllifi, həyat və fəaliyyəti ilə Vətənə sədaqətin, bağlılığın ali meyarını yaratmış tarixi şəxsiyyət kimi həkk olunub.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması müasir tariximizin həlledici anında, Azərbaycan xalqının gələcək taleyinin müəyyənləşdiyi mürəkkəb dövrdə müstəsna xidmətlər göstərmiş Ulu Öndərə dövlətimizin verdiyi yüksək qiymətdir. Keçdiyi zəngin həyat yolu, Vətən və xalq qarşısında misilsiz xidmətləri Heydər Əliyevi öz tarixi, milli dəyərləri, dövlətçilik ənənələri ilə fəxr edən azərbaycanlıların qürur mənbəyinə çevirmişdir. Əminliklə demək olar ki, onun böyüklüyü öz xalqı və dövləti üçün gördüyü misilsiz işlərdə bilavasitə əksini tapıb. Ümummilli Lider tutduğu vəzifədən və şəraitdən asılı olmayaraq, ən mürəkkəb məsələlərin məsuliyyətini üzərinə götürərək onların yüksək səviyyədə həllinə nail olmuşdur.

    Hələ 1969-cu ildə Heydər Əliyevin rəhbərlik etməyə başladığı Azərbaycan keçmiş Sovet İttifaqının solğun mənzərəyə malik aqrar respublikalarından biri idi. Dövrün bütün məhrumiyyətlərinə baxmayaraq, Heydər Əliyevin səyləri nəticəsində qısa zamanda işə salınmış nəhəng potensial Azərbaycanı ittifaq miqyasında inkişaf edən nüfuzlu respublikaya çevirdi, ölkə həyatında sosial-iqtisadi, mədəni yüksəliş baş verdi. Bu dövrdə Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə sənayedə əsas fondların 69 faizi yeniləndi, 250-dən çox zavod, fabrik istifadəyə verildi. Əgər 1969-cu ilədək olan dövrdə Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, Heydər Əliyevin rəhbərliyi dövründə onların sayı 1048-ə çatdırıldı. Sənaye istehsalı və kənd təsərrüfatında əmək məhsuldarlığı 2 dəfə artdı, xalq təsərrüfatında gəlir ümumittifaq göstəricisini 2 dəfə üstələdi.

    Heydər Əliyevin ölkəmizin kadr potensialının inkişaf etdirilməsi istiqamətində gördüyü işlər həqiqətən də heyrətamizdir. Məhz Ulu Öndərin gərgin səyləri nəticəsində 1971-ci ildə Bakıda C.Naxçıvanski adına Respublika orta ixtisaslaşdırılmış internat məktəbi yaradıldı və milli hərbi kadrların yetişdirilməsinə başlanıldı. SSRİ-nin 50-dən artıq şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində respublikada ən çox ehtiyac duyulan 250-dən artıq ixtisas üzrə 17 minədək azərbaycanlı gəncin təhsil alması təmin olundu.

    Sovet kommunist ideologiyası şəraitində Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda sosial, iqtisadi, elmi, mədəni və digər sahələrdə ciddi uğurlar əldə edilməklə yanaşı, milli-mədəni dəyərlərin qorunması, milli yaddaşın tədricən dirçəldilməsi və milli özünüdərkin inkişaf etdirilməsi istiqamətində əməli addımlar atıldı. Prezident İlham Əliyev Ulu Öndərin həmin dövrdəki fəaliyyəti haqqında deyib: “Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu zamana, siyasi vəziyyətə baxmayaraq etmişdir. Sovet Azərbaycanı dönəmində 10 ildən artıq müddətdə sovet Azərbaycanının rəhbəri olanda və hətta ideoloji əngəllər çərçivəsində o, Azərbaycan xalqının maraqlarını qoruyurdu və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. Yetmişinci illərdə və səksəninci illərin əvvəlində onun tərəfindən atılmış bir çox addıma nəzər salsaq görərik ki, onlar Azərbaycanın müstəqilliyinə hədəflənmişdir”. Buna görə də Heydər Əliyev Azərbaycan xalqının milli-mədəni irsinin qorunub saxlanmasına, bu irsin formalaşmasında böyük rolu olan tarixi şəxsiyyətlərə yüksək diqqət ayırıb. 1970-ci illərdən başlayaraq Ulu Öndərin təşəbbüsü və iştirakı ilə görkəmli söz ustalarının, alim və mütəfəkkirlərin yubileyləri təntənə ilə qeyd edilməyə başlandı, İmadəddin Nəsiminin 600 illik yubileyi 1973-cü ildə UNESCO səviyyəsində keçirildi, 1930-cu illərin siyasi repressiyalarının qurbanı olmuş böyük şair Hüseyn Cavidin cənazəsi 1982-ci ildə uzaq Sibirdən doğma vətəni Naxçıvana gətirildi. 1978-ci il Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusunda təsbit olunması Ümummilli Liderin xalqımız qarşısında ən böyük xidmətlərindən biridir.

    Ulu Öndər yüksək şəxsi keyfiyyətləri və qısa müddətdə respublikada əldə etdiyi böyük uğurlar sayəsində İttifaq miqyasında şöhrət qazandı və 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçilərək SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. Heydər Əliyev bu dövrdə də Azərbaycana xüsusi diqqət ayırdı, verdiyi ardıcıl tapşırıqlar, qəbul etdiyi qərarlar onun doğma Vətəni üçün xidmətinin növbəti mərhələsini təşkil etdi.

    Hər bir xalqın tarixində keşməkeşli dövrlər olub, lakin onların hamısı heç də bu sınaqdan uğurla çıxa bilməyib. Tarixdə şəxsiyyətlərin rolunu araşdıran əksər tədqiqatçıların ümumi rəyinə əsasən, belə hallarda hadisələri düzgün təhlil edib, qiymətləndirib zəruri addımlar atmağı, qərarlar qəbul etməyi bacaran liderlərin olması həlledici şərtlərdən biridir. Onlar haqlı olaraq fərdi xüsusiyyətlərin və əldə olunmuş təcrübənin liderin xarakterini və davranışını izah etdiyini bildirirlər. Deməli, istənilən hadisəyə münasibət fərdlərin xarakterinə, şəxsiyyətinə uyğun olaraq dəyişir və fərqli məzmunda özünü büruzə verir. Heydər Əliyevin Qanlı 20 Yanvar hadisələrinin səhəri günü Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlməsi, sovet qoşunlarının Bakıda törətdiyi qırğını qətiyyətlə və sərt şəkildə qınaması onun böyük vətənpərvərliyinin ifadəsi idi. Məhz bu vətənpərvərlik Heydər Əliyevi Moskvadan Bakıya, oradan isə doğulub böyüdüyü Naxçıvana apardı.

    Mübaliğəsiz demək olar ki, dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanın keçdiyi yolun hər bir mərhələsinin əsasında 1990-cı illərin əvvəllərində tarixi missiya ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Liderin uzaqgörənliklə hazırladığı, həm daxili siyasi xüsusiyyətləri, həm də beynəlxalq sistemin qanunauyğunluqlarını nəzərə alan milli dövlətçilik strategiyası dayanır.

    Politoloji nöqteyi-nəzərdən dövlət müstəqilliyinin əldə edilməsi xalqların azadlığı yolunda dönüş nöqtəsi hesab olunsa da, Ulu Öndərin dəfələrlə vurğuladığı kimi “həqiqi müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir”. Heydər Əliyev dühası doğma Vətəni dağılmaq təhlükəsindən xilas etməklə kifayətlənmədi, o, daha böyük amal - Azərbaycanın həqiqi müstəqilliyi uğrunda mübarizə apardı, bütün bilik və bacarığını, imkanlarını səfərbər edərək bu müstəqilliyi əbədi və dönməz etdi.

    Müstəqilliyin ilk illərində buraxılan səhvlər mürəkkəb tarixi-siyasi şəraitdə və qeyri-müəyyən geosiyasi mühitdə Azərbaycanı ciddi təhdid və çağırışlarla üz-üzə qoymuş, ölkəni uçurumun astanasına sürükləmişdi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, mərkəzi hakimiyyətin cinayətkar səriştəsizliyi, xarici amillərin təsiri altında mərkəzdənqaçma meyillərinin güclənməsi, daxili silahlı qarşıdurmanın tədricən vətəndaş müharibəsinə çevrilməsi ölkəmizin üzləşdiyi problemlərin böyük miqyasından xəbər verirdi. Təsadüfi deyil ki, 1992-ci ildə istehlak qiymətləri 1991-ci ilə nisbətən 10 dəfədən çox, 1993-cü ildə 1992-ci ilə nisbətən 12,3 dəfə artdı, ümumi daxili məhsul hər il orta hesabla 16,5 faiz, əhalinin pul gəlirləri 3,3 dəfə, əməkhaqları isə 5,7 dəfə azaldı. Mərkəzi Bankın faiz dərəcələri 250 faizə çatdı, milli valyuta ucuzlaşaraq Rusiya rubluna nisbətdə 9 dəfə, ABŞ dollarına nisbətdə isə 245 dəfə aşağı düşdü.

    Həmin dövrdə hakimiyyətdə olmuş qüvvələrin uğursuzluğu və zəif cəhəti ondan ibarət idi ki, onlar nə ölkə daxilində, nə regionda, nə də ümumilikdə qlobal səviyyədə cərəyan edən prosesləri, yeni dünya nizamını və bu nizamda Azərbaycanın yerini təsəvvür edə bilmirdilər. İctimai-siyasi sabitliyi təmin etmək əvəzinə, daxildə gərginliyi artıran addımlar atılır, səriştəsiz kadrların özbaşınalığı hələ dövlətin formalaşmamış idarəçilik sisteminə və dövlət institutlarının funksionallığına zərbə vurur, hərbi və təhlükəsizlik məsələlərinin həlli sistemli yanaşma tələb etdiyi halda, silahlı dəstələr cəmiyyətdə terror ab-havası yaradır, xarici siyasət prioritetləri müəyyən edilmədən beynəlxalq əlaqələrin qurulmasına yönəlmiş uğursuz addımlar atılırdı. Bu cür şəraitdə sosial-iqtisadi, hüquqi islahatların həyata keçirilməsindən danışmaq belə mümkün deyildi. Zaman dövlətin qısamüddətli və uzunmüddətli dövr üçün prioritetlərinin, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsini və cəmiyyətin bütün potensialının, maddi-mənəvi resursların bu vəzifələrin icrası üçün səfərbər olunmasını tələb edirdi.

    Respublikada ağır vəziyyətin hökm sürdüyü bir dövrdə mərkəzi hakimiyyət ölkəni fəlakətə sürükləyən problemləri aradan qaldırmaq əvəzinə, blokadada olan və məhz Heydər Əliyevin səyləri sayəsində ayaq üstə dayanan Naxçıvan MR-də vəziyyəti gərginləşdirməyə cəhd göstərirdi. Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il mayın 10-da Naxçıvan MR-ə səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində həmin dövrü aydın təsvir edir: “Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas hissəsi ilə əlaqəni itirmişdi. Ermənilər Naxçıvanı blokadaya almışdılar. Üç tərəfdən Naxçıvan Ermənistanla əhatə olunur. Belə bir vəziyyətdə Naxçıvanı qorumaq, müdafiə etmək və düşməni yerinə oturtmaq Ulu Öndərin müstəsna xidmətlərindən biridir. O vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü bütün imkanları səfərbər etmişdi ki, Naxçıvanda Heydər Əliyevi devirsinlər, öz marionetlərini gətirsinlər və faktiki olaraq Naxçıvanı da ermənilərə bağışlasınlar. Onlar buna da hazır idilər, təki Heydər Əliyev amili Azərbaycan siyasətindən götürülsün”.

    Ancaq Ümummilli Lider nə Ermənistanın muxtar respublikanın ərazilərini işğal etmək planlarının, nə də mərkəzi hakimiyyətin məkrli niyyətlərinin reallaşmasına imkan verdi. Ulu Öndər Naxçıvan kimi strateji coğrafi ərazinin qorunması, əhalinin təhlükəsizliyinin təmin edilməsi, sosial problemlərinin həlli ilə yanaşı, ümumilikdə Azərbaycanın istiqlaliyyəti uğrunda gərgin mübarizəyə qalxdı. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə işə başlayan 12-ci çağırış Naxçıvan Ali Sovetinin 1-ci sessiyasında “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan MR Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” qərarlar qəbul olundu, muxtar respublikanın adından “sovet”, “sosialist” sözləri çıxarıldı, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan MR-in dövlət bayrağı kimi təsdiq edildi. Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, oxşar qərar respublika miqyasında qəbul edilsin. Bu, Ulu Öndərin Vətən qarşısında növbəti tarixi xidməti idi.

    Təbii ki, həmin dövrdə aparılan gərgin müzakirələrdə ziyalılar, cəmiyyətin görkəmli nümayəndələri, sıravi vətəndaşlar kimin ölkəni fəlakətdən xilas edəcəyi ilə bağlı sual vermirdilər. Çünki cəmiyyətimizin yekdil rəyi ondan ibarət idi ki, yalnız müdrik şəxsiyyət, böyük siyasi təcrübəyə malik Heydər Əliyev bu missiyanı üzərinə götürüb Azərbaycanı ağır vəziyyətdən xilas edə, dövlətçiliyimizi qoruyub saxlaya bilər.

    1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə Bakıya qayıdan Heydər Əliyevin müdrik siyasəti, qətiyyəti və yenilməz iradəsi sayəsində Azərbaycan qısa müddətdə təhlükələri dəf edə bildi, silahlı qarşıdurmaya son qoyuldu, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, siyasi mübarizənin sivil və konstitusion çərçivədə davam etdirilməsi üçün əsaslar yaradıldı. Ulu Öndər bütün məsuliyyəti öz üzərinə götürərək dövlətin yaxın və uzunmüddətli hədəflərini müəyyənləşdirdi, cəmiyyətin, ictimai münasibətlərin yeni əsaslarla transformasiyası ilə bağlı zəruri resursları səfərbər etdi və Azərbaycanın ardıcıl inkişafı üçün siyasi-iqtisadi baza formalaşdırdı. 1995-ci ildə Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul edildi və hüquqi islahatların həyata keçirilməsinə başlandı. İflic vəziyyətə salınmış dövlət idarəçilik sistemi yenidən quruldu, dövlət qurumlarının işinə münasibətdə meyarlar, tələblər dəyişdi. Ulu Öndər bəyan edirdi: “Xalqın, millətin mənafeyini hər bir kəsin mənafeyindən üstün tutmaq lazımdır”. Heydər Əliyev qədim və zəngin dövlətçilik ənənələrimizi bərpa etməklə yenidən müstəqilliyinə qovuşmuş dövlətimizin möhkəm təməllər üzərində ardıcıl inkişafına nail oldu. Bəli, bizim taleyimiz tam fərqli ola bilərdi, lakin 1993-cü ilin dönüş nöqtəsi milli dövlətçiliyimizə yenidən nəfəs verdi, xalqımızın qurtuluş salnaməsinin parlaq səhifəsini açdı.

    Sovet dövründə respublikalar arasında qurulan qarşılıqlı əlaqələrin pozulması və daxildə kəskinləşmiş tənəzzül faktiki olaraq iqtisadi siyasətin kökündən dəyişdirilməsini və yeni iqtisadi inkişaf modelinin tətbiqini tələb edirdi. Heydər Əliyevin təklif etdiyi model iki mühüm sütuna əsaslanırdı: iqtisadi sahədə yeni münasibətləri formalaşdıracaq islahatlar və milli inkişafın təməlini təşkil edəcək yeni neft strategiyası. Köhnə iqtisadi modelin iflasa uğradığı və “vəhşi kapitalizm” prinsiplərinin geniş ayaq açdığı bir şəraitdə keçid iqtisadiyyatı dövrü üçün dövlətin tənzimləyici funksiyasının saxlanması zəruri idi. Bu, həm dövlətin yönləndirici fəaliyyətinə ehtiyac duyan iqtisadiyyatın tarazlı inkişafını şərtləndirirdi, həm vətəndaşların sosial rifahının yaxşılaşmasında dövlətin birbaşa iştirakını təmin edirdi, həm də ilkin mərhələdə milli iqtisadiyyatı qloballaşmanın “dağıdıcı təsiri”ndən qoruyurdu. Nəzəri müstəvidə dövlətin bu prosesə müdaxilə edib-etməməsi hələ də müzakirə predmetidir, bəzən təcrübə bu və ya digər tərəfin arqumentlərini dəstəkləyir. Lakin məşhur iqtisadçı, Nobel mükafatı laureatı Jozef Stiqlitsin qeyd etdiyi kimi, “bazarın çatışmazlıqları” Adam Smitin klassik “görünməz əl” ideyasına əsaslanan modellərin reallığın mürəkkəb xüsusiyyətlərini tam əhatə etmədiyini göstərir və iqtisadi fəaliyyətin dinamikasına əlavə dəyər gətirən dövlətin rolunu qaçılmaz edir. Azərbaycanda keçid iqtisadiyyatı dövrü ilə bağlı təklif olunan və həyata keçirilən inkişaf modeli beynəlxalq iqtisadi sistemin “amansız rəqabət” və “ədalətsiz mübarizə” reallıqları fonunda islahatların ciddi fəsadlar olmadan reallaşdırılmasını və sonrakı dövrdə sürətli inkişaf üçün zəruri bazanın yaradılmasını təmin etdi.

    Heydər Əliyevin inkişaf strategiyası iqtisadi subyektlərin fəaliyyət mühitini yaxşılaşdırmaqla yanaşı, dövlətin uzunmüddətli perspektivdə ehtiyac duyulan maliyyə resursları ilə təmin edilməsinə hesablanmışdı. Bu mənada 1994-cü il sentyabrın 20-də dünyanın aparıcı neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” qlobal əhəmiyyətə malik hadisə olmaqla yanaşı, həm də Azərbaycanın gələcək inkişafının fundamentini təşkil etdi. Nə Xəzər dənizinin hüquqi statusunun təyin edilməməsi, nə də regional geosiyasi mühitin ziddiyyət təşkil edən maraqları Ulu Öndərin iradəsini dəyişdirə bildi. Xarici sərmayə üçün açılan Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi, 2002-ci ildə çoxlarının xəyal hesab etdiyi Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin təməlinin qoyulması nəticəsində ölkəmiz mühüm karbohidrogen ixracatçısına və enerji dəhlizinə çevrildi. Neft və qaz resurslarından əldə edilən vəsaitlərin səmərəli idarə edilməsi üçün 1999-cu ildə Dövlət Neft Fondunun yaradılması milli neft strategiyasının ümumi mənzərəsini tamamlayan və onu sosial-iqtisadi inkişafın sütununa çevirən mühüm qərar oldu.

    Heydər Əliyevin iqtisadi strategiyasının həyata keçirilməsi nəticəsində ölkədə ümumi daxili məhsul 1996-2002-ci illərdə 71 faiz artdı. 2002-ci ildə əsas kapitala yönəldilmiş investisiyanın həcmi 1993-cü ilə nisbətən 36,3 dəfə çoxaldı. Əgər 1993-cü ildə 60 xarici ölkə ilə ticarət əlaqələri qurulmuşdusa, 2002-ci ildə bu əlaqələrin coğrafiyası genişlənərək 128 dövləti əhatə etdi. Yaxud 1996-cı ildə ölkədə 602 xarici investisiyalı müəssisə fəaliyyət göstərirdisə, 2002-ci ildə bu rəqəm 3,5 dəfə artaraq 2104-ə çatdı. 2002-ci ildə dövlət büdcəsinin bütün mənbələrdən daxil olan gəlirləri 1993-cü ilə nisbətən 85,1 dəfə artdı. Ulu Öndər əhalinin sosial rifahının yüksəldilməsi məsələsini daim diqqət mərkəzində saxlayaraq 1993-2003-cü illərdə sosial inkişafın təmin olunması, əhalinin rifah halının yüksəldilməsi üçün 60-dan çox sənəd imzaladı. Nəticədə 1995-2003-cü illərdə pensiya və müavinətlərin orta aylıq məbləği 8 dəfə, orta aylıq əməkhaqqı 6 dəfədən çox artdı.

    Ümummilli Liderin həyata keçirdiyi fəal xarici siyasət Azərbaycanın suverenliyini və təhlükəsizliyini daha da gücləndirdi, ölkənin böyük güclərin konfrontasiya meydanına çevrilməsinə imkan vermədi, əksinə, region və dünya ölkələri ilə qarşılıqlı maraqlara əsaslanan, bərabərhüquqlu əməkdaşlıq münasibətlərini inkişaf etdirdi. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq bütün beynəlxalq tribunalarda Ermənistanın təcavüzünün və işğalçı siyasətinin ifşası ilə bağlı məqsədyönlü iş apardı. ATƏT-in 1996-cı ildə keçirilmiş Lissabon Sammitində Heydər Əliyevin qətiyyəti sayəsində Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasının prinsipləri təsbit edildi, Azərbaycanın ədalətli mövqeyinin dünya birliyi tərəfindən müdafiə olunması istiqamətində mühüm addım atıldı, münaqişənin sülh yolu ilə həlli üçün dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən ədalətli hüquqi bünövrə möhkəmləndirildi.

    Qeyd edilməlidir ki, İkinci Dünya müharibəsindən sonrakı dövrdə beynəlxalq hüquq konseptual xarakter alaraq dövlətlərarası münasibətləri tənzimləyən norma və qaydaları özündə cəmləşdirdi. Lakin konkret hallarla bağlı onların tətbiqinə selektiv yanaşma, verilən qərarların böyük dövlətlərin iradəsindən və maraqlarından asılı vəziyyətə düşməsi beynəlxalq hüququn aliliyini sarsıtdı və problemli məsələlərin həllində yenidən “kim güclüdür, o da haqlıdır” prinsipi işləməyə başladı. Məhz bu səbəbdən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü və suveren Azərbaycan ərazilərinin işğalını qınayan BMT Təhlükəsizlik Şurasının qətnamələri bu təşkilat tərəfindən heç zaman icra edilmədi. Beynəlxalq münasibətlərdə ədalətsizliyin rəmzinə çevrilən mövcud ikili standartlar BMT-nin funksionallığını itirməsindən və acizliyindən qaynaqlanırdı. Mövcud şəraitdə Heydər Əliyev həm diplomatik müstəvidə ardıcıl və məqsədyönlü siyasət yürüdərək bir tərəfdən Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını sürətləndirdi, xarici əlaqələrini möhkəmləndirdi və münaqişənin ədalətli həlli üçün səylərini ardıcıl şəkildə gücləndirdi, eyni zamanda, iqtisadi dirçəlişin açdığı imkanlardan istifadə edərək nizami ordu quruculuğuna xüsusi diqqət ayırdı.

    Heydər Əliyevin Azərbaycan xalqı və gələcək nəsillər qarşısında ən böyük xidmətlərindən biri də milli ideoloji konsepsiyanın formalaşdırılmasıdır. Qeyd edilməlidir ki, 200 ildən artıq müddətdə müxtəlif imperiyaların işğalına məruz qalmış Azərbaycan xalqının birlik ideyası ciddi deformasiyaya uğramışdı və cəmiyyətdə bir növ ideoloji boşluq yaranmışdı. 1990-cı illərin ortalarında milli kimliklə bağlı müzakirələrin getdiyi bir vaxtda Heydər Əliyev böyük uzaqgörənliklə azərbaycançılıq ideyasını irəli sürdü və təşviq etdi. Heydər Əliyev deyirdi: “Biz müstəqilliyimizi yalnız milli həmrəylik əsasında qoruyub saxlaya biləcəyik. Biz Azərbaycanın xoşbəxt gələcəyini yalnız bu əsasda təmin edə biləcəyik. Məhz bu əsasda biz Azərbaycanı müharibə şəraitindən çıxara biləcəyik. Məhz bu əsasda biz Azərbaycanın ərazi bütövlüyünü təmin edə biləcəyik”. Ulu Öndərin tarixi əhəmiyyət kəsb edən bu fikirləri Azərbaycan xalqını bölünməz qüvvə, müstəqil dövlətimizi isə dünya azərbaycanlıları üçün vahid məkan kimi nəzərdən keçirir. Birləşdirici amil kimi çıxış edən azərbaycançılıq ideologiyası elmi-ictimai müzakirələrin istiqamətini təyin etdi, Heydər Əliyevin “mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” ifadəsi azərbaycanlı milli kimliyini qürur mənbəyinə çevirdi.

    Tarixçilərin fikrincə, yaşadığımız hazırkı zaman ondan əvvəlki zamanın müəyyən mənada davamı kimi çıxış edir, bu gün və dünən arasında mütləq şəkildə qırılmaz bağlılıq mövcuddur. Bu baxımdan siyasi-ideoloji varislik Azərbaycanın qədim dövlətçilik tarixinin son otuz ilini əhatə edən müasir inkişaf mərhələsində milli dövlətimizin yenidən təşəkkülü, konsolidasiyası və tərəqqisi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu illər ərzində Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliklə bünövrəsini qoyduğu müasir Azərbaycan daha sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə böyük yol qət etdi, onun siyasi iradəsi, bacarıqlı idarəçiliyi və qətiyyəti sayəsində öz qüdrətinin zirvəsinə yüksəldi.

    Son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın keçdiyi inkişaf yolu Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu milli inkişaf strategiyasının elmi əsaslara malik fundamental mahiyyətini bir daha təsdiq etdi. Artıq 2003-cü ilin sonlarında Azərbaycanın iqtisadi cəhətdən güclü dövlətə çevrilməsi, dünyada özünə layiqli yer tutması, ölkədə sosial problemlərin həlli və əhalinin rifahının daha da yaxşılaşdırılması hədəfə götürüldü. Ardıcıl şəkildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramları icra olundu, iqtisadiyyatın qeyri-neft sektoru inkişaf etdirildi, ölkənin sənaye potensialı gücləndirildi, kənd təsərrüfatının ayrı-ayrı sahələri dirçəldildi, sosial sahədə inqilabi qərarlar qəbul olundu və yerinə yetirildi. Müasir dövrün reallıqları nəzərə alınmaqla daim təkmilləşdirilən strateji xəttin həyata keçirilməsi nəticəsində Azərbaycan artıq 2009-cu ildə iqtisadi keçid dövrünü başa vuraraq güclü iqtisadi potensial formalaşdırmağa nail oldu. Ölkədə geniş miqyas almış quruculuq işlərinin məntiqi nəticəsi olaraq bütün infrastruktur yeniləndi, şəhər, kənd və qəsəbələrin siması müasirləşdi, cəmiyyət həyatının bütün sahələrində böyük dəyişikliklər baş verdi.

    Azərbaycan öz tərəfdaşları ilə “Şahdəniz” yatağından hasil olunan qazın beynəlxalq bazara çıxarılması üçün “Cənub Qaz Dəhlizi” layihəsini həyata keçirərək dünyanın enerji xəritəsini dəyişdirdi və Avropanın enerji təhlükəsizliyini təmin edən əsas mənbələrdən birinə çevrildi. BP şirkəti ilə tarixə “Yeni əsrin müqaviləsi” kimi düşmüş saziş imzalandı, enerji sahəsində digər tədbirlər həyata keçirildi. Bütün bunlar ölkəmizə hələ uzun onilliklər ərzində böyük maliyyə vəsaitlərinin axınını təmin etməklə yanaşı, onun dünyada əsas enerji ixracatçılarından biri kimi qalmasını təmin etdi. Coğrafi baxımdan Avropa ilə Asiyanın, Şərq ilə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın nəqliyyat-kommunikasiya sahəsində potensialının reallaşdırılması istiqamətində mühüm addımlar atıldı, ölkəmizdə müasir nəqliyyat infrastrukturu yaradıldı. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında fəal iştirak edərək bu layihələrin icrasına önəmli töhfələr verdi.

    Bu illər ərzində Azərbaycan fəal və məqsədyönlü diplomatiya həyata keçirərək ikitərəfli və çoxtərəfli əlaqələrini gücləndirdi, çoxsaylı yeni tərəfdaşlar qazandı, yeni dövlətlərarası əməkdaşlıq formatlarının təşəbbüskarı oldu, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına, Qoşulmama Hərəkatına və digər nüfuzlu beynəlxalq təşkilatlara rəhbərlik etdi. Böyük güc və nüfuz sahibinə çevrilən, etibarlı tərəfdaş kimi tanınan ölkəmizin irəli sürdüyü təşəbbüslər dünya miqyasında dəstəkləndi. Bütün bunlar Azərbaycan həqiqətlərini daha geniş coğrafiyada dünya ictimaiyyətinə çatdırmağa, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini tam ifşa etməyə, aparıcı beynəlxalq təşkilatların bu işğalı pisləyən qərarlar qəbul etməsinə şərait yaratdı.

    Azərbaycanın güclü iqtisadi potensialı müasir ordu quruculuğuna şərait yaratdı, Azərbaycan Ordusu dünyanın aparıcı orduları sırasında layiqli yer tutdu. Ölkəmizdə müdafiə sənayesi formalaşdırıldı, Silahlı Qüvvələrimiz ən müasir silah-sursatla təchiz olundu.

    Cəmiyyətimizdə sosial ədalət, humanizm prinsiplərinin daha da möhkəmlənməsi, sosial sahənin inkişafı, xalqımızın zəngin milli-mədəni irsinin qorunub saxlanması və dünyada təbliği sahəsində Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş dövlət siyasətinin həyata keçirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun böyük rolu vardır. Dövlət idarəçiliyi sistemində operativliyin, şəffaflığın daha geniş vüsət alması, vətəndaşlarımızın, xüsusilə aztəminatlı təbəqənin və həssas qrupların problemlərinin həlli, keyfiyyətli təhsilin, tibbi xidmətin hər bir cəmiyyət üzvü üçün əlçatanlığının təmin edilməsi, nəhəng beynəlxalq tədbirlər zamanı səmərəli idarəetmə hörmətli Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin mühüm bir hissəsini təşkil edir. Heydər Əliyev Fondunun ölkə daxilində həyata keçirdiyi çoxsaylı layihələr mədəni irsimizin öyrənilməsi, bərpası, qorunması və təbliği işinə, sosial, ekoloji və digər məsələlərin həllinə güclü dəstəkdir. Fondun müxtəlif ölkələrdə həyata keçirdiyi tədbirlər ümumbəşəri mədəni irsin qorunub saxlanmasına töhfə olmaqla yanaşı, Azərbaycanın dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınmasında əhəmiyyətli rol oynayır.

    Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs xalqımızın həmrəyliyinin daha da möhkəmlənməsini, bütün dünya azərbaycanlılarının vahid məqsəd uğrunda sıx birliyini təmin etdi.

    Beləliklə, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu ikinci onilliyin sonlarında Azərbaycan iqtisadi və hərbi gücün yaratdığı potensialı reallaşdıraraq, fəal diplomatiyanın uğurlarını praktiki müstəviyə keçirərək və beynəlxalq hüququn verdiyi imkanlardan yararlanaraq tarixi ədaləti bərpa etmək imkanı qazandı. Ermənistanın gündən-günə artan ambisiyaları, qeyri-konstruktiv davranışları, xüsusilə ardıcıl təxribatları bu tarixi vəzifənin yerinə yetirilməsini daha da asanlaşdırdı.

    Azərbaycan Ermənistanın təxribatlarına cavab olaraq və özünümüdafiə hüququndan istifadə edərək 44 gün davam edən Vətən müharibəsində tarixi ədaləti bərpa etdi. Azərbaycan hərbi əməliyyatları beynəlxalq hüququn tələbləri və mövcud qaydalar çərçivəsində, ləyaqətlə apardı, mülki əhalini hədəfə alan, qadağan olunmuş silahlardan istifadə edən düşmənə döyüş meydanında qətiyyətlə cavab verdi. Ermənistanın Azərbaycanın şərtləri altında kapitulyasiya aktını imzalaması tarixi torpaqlarımızla, Vətənimizin bir parçası ilə ayrılığımıza son qoydu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Şuşanı azad etdi və Ümummilli Liderin, xalqımızın ən böyük arzusunu həyata keçirdi. Prezident İlham Əliyev deyib: “Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və biz onun arzusunu gerçəkləşdirdik. Biz bununla fəxr edirik, biz buna sevinirik. Təkcə Azərbaycan vətəndaşları yox, bütün azərbaycanlılar buna sevinir. Bütün dünya azərbaycanlıları bizim Qələbəmizlə qürur duyurlar. Bu, ədalətin, tarixi ədalətin bərpa olunmasının, beynəlxalq hüququn qələbəsi idi”.

    Bu tarixi Zəfər dərin zəkaya və iti təfəkkürə malik, bütün ömrünü xalqına xidmətə həsr etmiş Heydər Əliyevin milli inkişaf strategiyasının, siyasi-ideoloji varisliyin məntiqi nəticəsidir. Ulu Öndərin qətiyyətli, inamlı və düşünülmüş qərarları sayəsində yenidən dirçəlib güclənmiş müasir Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə beynəlxalq münasibətlərin konfiqurasiyasında mühüm aktora, regionda sabitliyin və inkişafın hərəkətverici qüvvəsinə çevrilib.

    Prezident İlham Əliyev qeyd edib: “Heydər Əliyevin Azərbaycan tarixindəki rolunun çox böyük əhəmiyyətini, bəlkə də indi tam demək çətindir. Vaxt keçdikcə, zaman keçdikcə, Heydər Əliyevin fəaliyyəti dolğun şəkildə təhlil olunandan sonra biz bu insanın əzəmətini, Azərbaycan xalqına verdiyi töhfəni daha da yaxşı görəcəyik”. Ulu Öndərin fəaliyyəti və siyasi irsi hələ uzun dövr bundan sonra geniş və ətraflı araşdırılacaq, onun konseptual fikirləri, tarixi qərarları gələcəkdə də müstəqil Azərbaycanın inkişafı ilə bağlı məsələlərin həllində baza rolunu oynayacaqdır. Mübaliğəsiz demək olar ki, Ümummilli Liderin fəaliyyətinin əsasını təşkil edən həyat fəlsəfəsi, böyük dövlətçilik təcrübəsi, zəngin siyasi irsi onu dövrünün fenomeni statusuna yüksəltdiyi kimi, həm də gələcək nəsillər üçün nümunəyə, məktəbə çevirdi. Məhz bu səbəbdən xalqımız Heydər Əliyevin xatirəsini əziz tutur, onu minnətdarlıqla anır və 100 illik yubileyini əsl bayram kimi qeyd edir. Heydər Əliyev daim azərbaycanlıların qəlbində yaşayacaq, onun adı hər zaman milli fəxarət rəmzi kimi çəkiləcəkdir.

    Samir Nuriyev

    Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri


    Oxunub: 176
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      29-10-2025
      12:30 | İsrailin Qəzzaya aviazərbələri nəticəsində ölənləri sayı 90-ı ötüb
      12:21 | “PUTİN BUNDA İSRARLIDIR...” -  ABŞ kəşfiyyatının hesabatında nə deyilir?
      12:15 | Rusiyaya dron hücumları -  Moskva üzərində 7 PUA vurulub
      12:00 | “Qarabağ”-“Çelsi” oyununun biletləri satışa çıxır - Qiymətlər necədir? VİP - 1000 AZN!
      12:00 | “Qarabağ”-“Çelsi” oyununun biletləri satışa çıxır - Qiymətlər necədir?
      11:55 | Mediatorlar arasında mübahisə məhkəmədə bitdi -  1000 manat CƏRİMƏ
      11:45 | Astarada hamilə gəlin TOYUNDAN BİR GÜN SONRA ÖLDÜ
      11:40 | Bakıda ucuz evlər satışa çıxarıldı - Güzəştli mənzillərin qiymətləri
      11:35 | Ramiz Mehdiyevin siyahısında 42 deputatın adı var - İDDİA
      11:30 | Yaxın vaxtlarda ABŞ-Azərbaycan Strateji İşçi Qrupu fəaliyyətə başlayacaq
      00:45 | Saleh Səmədovun üçüncü oğlu da İŞDƏN ÇIXARILDI
      00:40 | Çarlz Dikkens və UŞAQLIĞIN KÖLGƏSİ: Travmanın ədəbi anatomiyası - Professorun YAZISI
      00:35 | Prezident xoş xəbər verdi:  “Hər birinizə 12 sot ayrılıb”
      00:30 | Bu gün - 29 OKTYABR Türkiyə Cümhuriyyətinin qurulmasının 102 illiyidir
      00:25 | Əli Babacan təkzib etdi - Ərdoğanın partiyasına qayıtmayacaq
      00:20 | Qəzzaya güclü zərbələr endirilsin! -  Netanyahu əmr verdi
      00:15 | "ABŞ dünya tarixində ən güclü və ƏN QÜDRƏTLİ ORDUYA MALİKDİR - Tramp
      00:10 | Əvvəllər 280 dollar idi:  Bakı ucuzlaşdırdı
      00:07 | Rusiyalı generalın oğlu belə məhv edildi - VİDEO
      00:05 | MİDA 627 mənzili güzəştlə satışa çıxaracaq
      00:00 | “Moskva bu cəhdləri bütün vasitələrlə yatıracaq”- Lavrov “Qafqazı və Orta Asiyanı vermərik” deyir
      28-10-2025
      20:00 | Dabaq xəstəliyi insana bu hallarda keçə bilər - Professordan AÇIQLAMA
      18:00 | “VƏZİYYƏT DAHA DA PİSLƏŞƏCƏK, VERGİLƏR YÜKSƏLƏCƏK...”-  Rəqəmlər AÇIQLANDI
      17:50 | "Hər ay 8 “Altay” tankı istehsal olunacaq" -  Ərdoğan
      17:45 | MİLYONÇU qardaşların işində YENİLİK -  1 MİLYARDLIQ əmlaklarına HƏBS QOYULUB
      17:30 | Rusiyada azərbaycanlı general 9 il müddətinə azadlıqdan məhrum edilib
      16:40 | Rusiya-Ukrayna müharibəsində daha iki azərbaycanlı həlak oldu -  FOTO
      16:30 | Fəzail Ağamalının ÖVLADLARI:  HƏRƏSİNİN İKİ DİPLOMU VAR - FOTO
      16:15 | Rusiya Qazaxstan sərhədində görünməmiş tıxac -  Minlərlə rus maşını ölkəyə buraxılmır
      16:05 | “Ermənistanın xilaskara ehtiyacı yoxdur”-  “Rusiyaya imkan verməyəcəyik ki...”
      16:00 | Monteneqroda saxlanılan azərbaycanlılar AZAD EDİLDİ
      15:45 | Əsrarəngiz Təbiət Sənət Əsəri Kimi  -  Füsunkar Payızdan MÖHTƏŞƏM MƏNZƏRƏ
      15:30 | MÜƏLLİMİN 8 SAATLIQ İŞ REJİMİ BİZƏ NƏ VƏD EDİR? - Təhsil texnoloqu /TƏHLİL
      15:20 | Qadın ərini sifarişlə öldürdüb? - Şahidlər DANIŞDI
      15:15 | Baltikyanı ölkələrin şirkətləri RUSİYA TANKERLƏRİNİ DOLDURUR - Litva mətbuatı faktları üzə çıxardı
      15:05 | Prezident Cəbrayılın Horovlu kəndinin açılışında - FOTOLAR
      15:00 | Pokrovskda şiddətli döyüşlər davam edir - Rusiya ordusu hücumları gücləndirib
      14:44 | RAMİZ MEHDİYEV VİLLASINDA İCLAS ZALI DA YARADIB - 50-60 nəfərlik...
      14:15 | "O videodan görünəcək, Günay Ağamalıya çağırış edirəm ki..."- Elçin Ağamalı
      14:10 | Prezident İlham Əliyev İmişlidə səfərdədir - FOTOLAR
      14:00 | Zelenski: Uzaqmənzilli zərbələrin 95%-ə qədəri öz silahlarımızla vurulur
      13:55 | İstanbulda iki islam ölkəsi razılaşmadı - Müharibə olacaq?
      13:00 | Fəzail Ağamalının AİLƏSİNDƏ QALMAQAL- “Cavanlıq səhvi”ndən BAŞQA OĞLU DA VAR İMİŞ
      12:55 | Britaniyadan Türkiyəyə jest: 3 "Eurofighter" verildi - FOTO
      12:50 | Almaniya 377 milyard avroluq müdafiə planı hazırladı
      12:40 | "ABŞ və Çin razılaşmağa məhkumdurlar”- Ramiz Yunus
      12:30 | Azərbaycanda problemli kreditlərin məbləği 10 % artıb
      12:15 | PARLAMENTİN AĞAMALI-NƏSİROV “FACİƏSİ”- Kiçik partiyalarla “siyasi evcik-evcik oyunu" nə qədər davam edəcək?
      12:05 | “Rusiyanı onlarla müstəqil dövlətə BÖLMƏK İSTƏYİRLƏR”- Şoyqu məqalə yazdı
      12:00 | Yaşayış minimumu: Təhsil, tibb və sosialda normalar artırıldı - Daha hansı artımlar olacaq?
      11:45 | Prezident Sabirabaddadır - İstehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTOLAR /Yenilənib
      01:00 | "Ana olandan sonra buna son qoydum... 2 il evdən çıxmadım"
      00:45 | Şərurlu İsfəndiyar Elman Nəsirovun qızına EV VERMƏK İSTƏDİYİNİ AÇIQLADI - VİDEO
      00:40 | Vaşinqton sammiti: Mərkəzi Asiya liderləri Trampla görüşə gedirlər
      00:35 | Ana Vətən Partiyası hazırda fəaliyyətini dayandırıb
      00:30 | "Ukrayna uzaqmənzilli zərbələrin coğrafiyasını genişləndirir"- Zelenski
      00:25 | Monteneqroda nə baş verir?- Onlarla azərbaycanlı saxlanıldı 
      00:20 | "20-ci ƏSRİN ƏN BÖYÜK dövlət xadimlərindən biridir"- Əli Həsənov Mehdiyevi BELƏ MƏDH EDİB /VİDEO
      00:15 | Palata dövlət qurumunda yoxlamalar apardı -  milyonluq nöqsanlar üzə çıxdı
      00:10 | Ermənistan "3+3"ün növbəti iclası ilə bağlı Azərbaycanla müzakirə aparır
      00:05 | Ankarada tarixi görüş - Türkiyə və İngiltərə arasında “Eurofighter” sazişi imzalandı
      00:00 | Zelenski güzəştə getdi, Putin yeni şərt irəli sürdü - Tramp qəzəbləndi
      27-10-2025
      19:00 | Ramiz Mehdiyevi “SİYASƏT GENERALI” ADLANDIRAN DEPUTAT KİMDİR? - Zəng. Reaksiya - SÜKUT
      17:45 | Türkiyədə 150-dən çox futbol hakimi mərc oyunlarında iştirak edib - QALMAQAL
      17:35 | Ruslar iqtisadi inkişafa ümidini itirib -  Hər üç rusiyalıdan biri bundan şikatyətlənir
      17:30 | Bir qrup QHT təmsilçisi 150 mindən çox pulu leqallaşdırmaqda ittiham olunur
      17:20 | “Rusiya cəbhədə səfərbər etdiyi qədər itki verib”- Zelenski Rusiyanın itkilərini açıqladı
      17:15 | RAMİZ MEHDİYEVİN XƏYANƏT MƏKTUBU ÜZƏ ÇIXDI - FOTOFAKT
      17:07 | Hava PROQNOZU: Yağış yağacaq, çaylardan sel keçəcək -  XƏBƏRDARLIQ
      17:05 | “Kontakt Home”un 7.6 milyon vergi borcu var - Sanksiyalar nəzərdə tutulur...
      17:00 | Prezident dörd səfiri və baş konsulu GERİ ÇAĞIRDI - YENİ TƏYİNATLAR /YENİLƏNİB
      15:15 | Yol qəzası: “Ölüm var, indi biz nə edək?..."-  “Dahi insanlar da ölür” /VİDEO
      15:00 | “HARDA QIRILAR, QIRILAR” İQTİSADİYYATI...- Aqrar sektorun hər tərəfində bir Ramiz Mehdiyev oturub?
      14:45 | Litva NATO Nizamnaməsinin 4-cü maddəsini aktivləşdirə bilər
      14:40 | Rusiya əsgərləri Pokrovsk şəhərinə daxil olub - Şiddətli döyüşlər gedir
      14:30 | "ABŞ-nin müdaxiləsinə ehtiyac yoxdur, Türkiyə Qəzza prosesinə daxil olacaq”- Tramp
      14:20 | İstanbulda Əfqanıstan - Pakistan görüşü: Birgə bəyanat hazırlanır
      14:15 | "The Telegraph": “PUTİN ÇEVRİLİŞ QORXUSU KEÇİRİR”- “Bu, Kremlin paranoyasını nümayiş etdirir”
      14:00 | "Türkiyədən Azərbaycana və geriyə tranziti təmin etməyə hazırıq"- Paşinyan
      13:55 | İmamoğlu və daha 2 nəfər barədə həbs qərarı verildi - Casusluqda ittiham olunurlar
      13:45 | İbn Sinanın şəfa sirri:  Qaraciyəri təmizləyir, sümükləri daş kimi möhkəmləndirir
      13:40 | Yalnız zənginlər görə biləcək -  “Kosmik işıq” satışa çıxarıldı
      13:35 | TRAMP PUTİNİN HƏDƏSİNƏ HƏDƏ İLƏ CAVAB VERDİ - “Nüvə silahlı sualtı gəmilərimiz onların sahilindədir...”
      13:33 | Rus ordusunun son sutkadakı itkiləri açıqlandı -  SİYAHI
      13:30 | Ronaldo dünya rekorduna imza atdı -  950 qol vuran ilk futbolçu oldu
      12:56 | Nazir və komitə sədrlərinin noyabrda rayonlarda QƏBUL GÜNLƏRİ AÇIQLANDI
      12:50 | 50 min pensiya kapitalı gələn il 3 min artacaq...- Deputat dəyişikliyi açıqladı
      12:45 | PARLAMENT BURAXILACAQMI?..- və ya Milli Məclisi "Mehdiyev şəbəkəsi"ndən necə təmizləmək olar?
      12:35 | Azərbaycanda mütəşəkkil dəstə ifşa edildi -  89,5 milyon manatlıq dələduzluq
      12:30 | Klinik Tibbi Mərkəzin həkimi HƏBS EDİLDİ - Yol qəzasında ölüm
      12:20 | Saleh Səmədovun rəis oğlu da vəzifəsindən azad edildi
      12:15 | Paşinyan Azərbaycana YENİ MARŞRUT təkli etdi - Zəngəzur dəhlizindən kənar
      12:00 | Bəylər Eyyubovdan əvvəl O VƏZİFƏNİ KİMLƏR DAŞIYIB? - FOTO
      11:41 | Gəncə Regional Kollecində rüşvət iddiası və İNTİHARA CƏHD - Müəllimə “Xoşqədəm dedi: et!..” /VİDEO
      01:00 | Tramp: Sabah Yaponiyaya gedəcəm, sonra Si Cinpinlə görüşəcəm
      00:55 | PKK Türkiyə ilə sərhəddəki düşərgə və mağaralardan da çıxacaq - KİV
      00:50 | Bu raket barədə ABŞ-a məlumat verdik - Kirill Dmitriyev
      00:45 | Gürcüstanı BU DÜŞMƏNLƏRDƏN MÜDAFİƏ EDƏCƏYİK - Papuaşvili
      00:40 | "El Klasiko"nun qalibi bəlli oldu: "Kral klubu" 2:1 hesabı ilə qələbə qazandı
      00:35 | Xəzərdə nə baş verir?-  Həyəcan təbili çalındı /VİDEO
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.