Rusiya Xarkova “İsgəndər” raketləri ilə zərbə endirib
Rusiya ordusu ötən gecə Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərinə “İsgəndər” zenit-raket kompleksləri ilə zərbə endirib. “Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Xarkov Hərbi-Vilayət Administrasiyasının rəhbəri Oleq Sinegubov bildirib. Hücum nəticəsində 3 nəfər mülki şəxs yaralanıb, 5 yaşayış binasına ziyan dəyib. Rusiya Silahlı Qüvvələri həmçinin, Ukraynanın Çuqevski və İzyum rayonlarının kəndlərinə də zərbələr endirib. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.
Oxunub: 105
Xəbəri paylaş
Paylaş: