Ukrayna ordusu ötən gecə Rusiyanın 17 “Shahed” PUA-sını vurub
Rusiya ordusu ötən gecə İran istehsalı olan “Shahed-136/131” tipli 21 pilotsuz uçuş aparatı (PUA) ilə Ukrayna ərazisinə hücumu edib. “Report” xəbər verir ki, bu barədə Ukraynanın Hərbi Hava Qüvvələri məlumat yayıb. Həmin PUA-lardan 17-si məhv edilib. Bildirilib ki, PUA-lardan biri Xmelnitski vilayətində infrastruktur obyektinə düşüb. Nəticədə 5 nəfər yaralanıb.
Oxunub: 120
Xəbəri paylaş
Paylaş: