Vellinqtonda yanğında 6 nəfər həlak olub
Yeni Zelandiyanın paytaxtı Vellinqtondakı hosteldə baş verən yanğında azı 6 nəfər ölüb, 30 nəfər hələ də itkin düşüb. “Report” xəbər verir ki, bu barədə “New Zealand Herald” qəzeti məlumat yayıb. Bildirilib ki, polis ölənlərin sayının arta biləcəyinə inanır. Eyni zamanda, Vellinqton polisinin rəhbəri Din Silvestrin sözlərinə görə, bu, 10-a çatmayacaq. “New Zealand Herald” mənbəsinin məlumatına görə, hostelin bir çox qonaqları gecə işləyir və buna görə də yanğın başlayanda onlar binada olmayıblar. Hadisənin səbəbləri hələ müəyyən edilməyib. Xilasetmə xidmətləri hadisə yerində işləyirlər.
Oxunub: 130
Xəbəri paylaş
Paylaş: