“Enerqoatom”: “Rusiya Zaporojye AES-də əsgərlərin sayını artırıb”
Rusiya Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasında hərbçilərinin sayını xeyli artırıb. “Report” xəbər verir ki, bu barədə Ukraynanın “Enerqoatom” Milli Nüvə Enerjisi İstehsalı Şirkəti məlumat yayıb. "Hazırda burada 2 500-dən çox Rusiya hərbçisi var və onların sayı stansiyanın şəxsi heyətindən də çoxdur", - “Enerqoatom” qeyd edib. Şirkətdən bildirilib ki, Rusiya ordusu stansiyanı öz möhkəmlənmiş hərbi bazasına çevirir. “İşğalçılar hələ də AES-in ərazisində və nüvə alimləri şəhərində qalırlar, lakin çox keçmədən Ukrayna Silahlı Qüvvələri Enerqodar torpağına gələcək”, - şirkət vurğulayıb. Xatırladaq ki, bir neçə gün əvvəl Zaporojye AES-də personalın sayının xeyli azaldığı məlum olub.
Oxunub: 73
Xəbəri paylaş
Paylaş: