Ukrayna və Polşa mehriban qonşuluq haqqında yeni saziş bağlaya bilər
Polşa 2023-cü ilin sonuna qədər Ukrayna ilə mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında yeni saziş imzalamağa ümid edir. "Report" “Ukrinform”a istinadən xəbər verir ki, bunu Polşa Xarici İşlər Nazirliyinin spikeri Lukaş Yasina deyib. Onun sözlərinə görə, Polşa təkcə dövlətlər səviyyəsində deyil, həm də cəmiyyətlər səviyyəsində tərəfdaşlığımızı dərinləşdirəcək və hər iki ölkənin iqtisadiyyatının inkişafı üçün qapılar açacaq saziş bağlamağa çalışır. Xatırladaq ki, Anjey Duda Polşanın Ukraynanı sistemli şəkildə MiQ-29 təyyarələri ilə təmin etməyə hazır olduğunu bildirib. Varşava verə biləcəyi yardım çərçivəsində hərəkət edəcək.
Oxunub: 112
Xəbəri paylaş
Paylaş: