ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini istefa verib
ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Koul bu yay təqaüdə çıxacaq. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Lloyd Ostinin yaydığı yazılı bəyanatda deyilir. "Bu gün Kolin Koul iyulun ortalarında vəzifəsini tərk edəcəyini açıqlayıb", - sənəddə bildirilir. Kolun yerinə kimin təyin olunacağı barədə məlumat verilmir.
Oxunub: 71
Xəbəri paylaş
Paylaş: