Yaponiya Rusiyadan kömür idxalını kəskin şəkildə azaldıb
Bu ilin aprelində Yaponiya Rusiyadan 2022-ci ilin eyni dövrü ilə müqayisədə Rusiya kömürünün idxalını 80,8% və mayeləşdirilmiş təbii qazın (LNG) idxalını 10,6% azaldıb. "Report" TASS-a istinadən xəbər verir ki, bunu ölkənin Maliyyə Nazirliyinin cümə axşamı dərc etdiyi məlumatlar sübut edir. Bununla yanaşı, Yaponiya ötən ay Rusiyadan tərəvəz idxalını 75,1%, balıq və dəniz məhsulları idxalını 31,4% azaldıb. Rusiyadan dəmir və polad idxalı 35,8%, əlvan metallar 68,1% azalıb. Ümumilikdə, aprel ayında Yaponiya və Rusiya arasında ümumi ticarət dövriyyəsi 49,9% azalıb.
Oxunub: 72
Xəbəri paylaş
Paylaş: