Yeni statistik məlumatların açıqlanması ərəfəsində qızıl ucuzlaşıb
Yeni statistik məlumatların açıqlanması ərəfəsində dünya bazarında qızılın qiyməti aşağı düşüb. “Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın iyun fyuçersləri 0,18 % və ya 3,55 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1981,25 dollara satılıb. Gümüşün iyul fyuçerslərinin qiyməti isə 0,49 % düşərək 1 unsiyası 23,78 ABŞ dolları təşkil edib. İnvestorlar iqtisadiyyatın vəziyyətini, həmçinin Federal Ehtiyatlar Sisteminin (FED) növbəti addımını qiymətləndirmək üçün ABŞ-da yeni makrostatistik məlumatların açıqlanmasını gözləyirlər.
Oxunub: 82
Xəbəri paylaş
Paylaş: