ABŞ-la bağlı xəbərlər nefti bahalaşdırıb
Dünya bazarında neft qiymətləri artıb. “Report” birjalara istinadən xəbər verir ki, “Brent” markalı neftin iyul fyüçersləri 0,75 % bahalaşaraq 76,43 ABŞ dollarına satılıb. WTI neftinin iyun fyüçerslərinin qiyməti isə 0,70 % artaraq 1 bareli 72,36 ABŞ dolları təşkil edib. Bahalaşmaya mayın 13-nə qədər olan həftə ərzində ABŞ-da ilkin işsizlik müraciətlərinin 22 min azalaraq 242 minə düşməsi səbəb olub. Analitiklər isə azalmanın yalnız 10 min təşkil edəcəyini gözləyirdilər.
Oxunub: 76
Xəbəri paylaş
Paylaş: