Salvadorda futbol stadionunda baş verən izdihamda 9 nəfər ölüb
Salvadorda “Alyans” və “FAS” komandaları arasında keçirilən oyun zamanı “Kuskatlan” stadionunda yaranan izdihamda azı 9 nəfər həlak olub. “Report” xəbər verir ki, bu barədə “Associated Press” milli polisə istinadən məlumat yayıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, qarşılaşma zamanı təşviş içində olan futbol azarkeşləri qapılardan birini sındıraraq izdiham yaradıblar. Yaranan izdihamda 9 nəfər ölüb, onlarla insan yaralanıb. Xəstəxanaya çatdırılan iki nəfərin vəziyyəti ağırdır.
Oxunub: 76
Xəbəri paylaş
Paylaş: