Azərbaycanın 6 qadın boksçusu Polşada beynəlxalq yarışda iştirak edəcək
Bu gün Polşanın Pultusk şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək. “Report”un xəbərinə görə, mayın 22-dən 26-dək davam edəcək yarışda Azərbaycan qadınlardan ibarət milli komanda ilə təmsil olunur. Baş məşqçi Yadigar Məmmədov və məşqçi İlkin Ağayev Pultuskda 6 boksçunu yoxlayacaq. Qalib adı uğrunda Mehparə Məmmədova (48 kq), Anaxanım İsmayılova (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) mübarizə aparacaqlar.
Oxunub: 32
Paylaş: