Şahin Şıxlinski Moskvada hüquq-mühafizə orqanlarına KÖNÜLLÜ TƏSLİM OLUB
Rusiyada tanınmış diaspor rəhbərlərindən biri olan Şahin Şıxlinski Rusiyanın paytaxtı Moskvada könüllü şəkildə hüquq-mühafizə orqanlarına təslim olub.
Bu barədə məlumatı Rusiya xüsusi xidmətlərinə yaxınlığı ilə tanınan “ВЧК-ОГПУ” adlı Telegram kanalı yayıb. Bildirilib ki, Şıxlinski istintaq tədbirlərində iştirakı üçün Moskvadan Yekaterinburqa aparılıb.
Eyni zamanda, Rusiyanın 66.ru saytının hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yaydığı məlumata görə, Şıxlinskinin barəsində iki ayrı cinayət işi açılıb. Həmin ittihamlar qətl və hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq edilməsi maddələri üzrədir.
Qeyd edək ki, saytımızda Rusiya İstintaq Komitəsinin sədr müavini, ədliyyə general-polkovniki E.V. Kaburneev tərəfindın imzalanan ittoham altı var. Rusiya İstintaq Komitəsinin Svedlovsk vilayəti üzrə şöbəsi tərəfindən yayımlanan sənədlərə əsasən, Azərbaycanın Ural bölgəsindəki diaspor rəhbəri Şahin Şıxlinski və oğlu Mütəvəli Şıxlinski barəsində Rusiya Cinayət Məcəlləsinin 318.1-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) ilə cinayət işi başlanılıb./musavat.com