Təbrizin cəmi 75 günlük su ehtiyatı qalıb - Tehranda ictimai tualetlər bağlandı
İranın Şərqi Azərbaycan əyalətinin valisi Bəhram Sərməst Təbrizdə ağır su böhranı ilə bağlı xəbərdarlıq edərək elan edib ki, Təbrizdə cəmi 75 günlük su qalıb.
Press-fakt xəbər verir ki, Güney Azərbaycanda su böhranı daha da güclənir, belə ki, su nəqli layihələri, o cümlədən Araz çayının suyunun ötürülməsi layihəsi illərdir həyata keçirilmir. Buna baxmayaraq ölkənin farslar yaşayan mərkəzi əyalətlərinə, o cümlədən İsfahana isə Oman dənizindən su borusu çəkilib.
Tehranda isə su qıtlığı səbəbindən ictimai yerlərdə, parklardakı tualetlər bağlanıb.
Oxunub: 12
Xəbəri paylaş
Paylaş: