İsrail razılaşana qədər Fələstin dövləti olmayacaq - ABŞ dövlət katibi
ABŞ dövlət katibi Marko Rubio Qərb hökumətinin Fələstini tanımaq qərarını “əlaqəsiz” adlandırıb və “İsrail razılaşana qədər heç bir Fələstin dövlətinin ola bilməyəcəyini” iddia edib.
Press-fakt xəbər verir ki, Rubio Fox Radio-ya müsahibəsində xarici siyasətlə bağlı qiymətləndirmələr edib.
Qərb ölkələrinin Fələstini tanımaq qərarını xatırladan Rubio "ABŞ bu addımı necə görür?" sualına "Bu, əhəmiyyətsiz bir addımdır. Bəziləri üçün məyus olsa da, əhəmiyyətsizdir. Bunun heç bir mənası yoxdur" deyə cavab verib.
Rubio ABŞ-ın İsrailə dəstəyini vurğulayaraq: "Bu ölkələrin heç biri (Fələstini tanımağa qərar verən) Fələstin dövləti yaratmaq qabiliyyətinə malik deyil. İsrail razılaşana qədər heç bir Fələstin dövləti ola bilməz" dedi.
Rubio Fələstini tanımağa qərar verən ölkələrin Fələstin dövlətinin harada olacağını və onu kimin idarə edəcəyini bilmədiyini iddia edərək: "Bu qərar əks nəticə verəcək" deyib.