Ermənistan Baş Prokurorluğu kilsəyə qarşı iddia qaldırıb: Əmlak MN-ə qaytarılsın
Ermənistanın Baş Prokurorluğu Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində 2018-ci ildə hədiyyə müqaviləsi əsasında Erməni Apostol Kilsəsinə verilmiş daşınmaz əmlakın Müdafiə Nazirliyinə geri qaytarılması tələbi ilə iddia qaldırıb.
Bu barədə Ermənistan mediası xəbər verir.
Söhbət Tavuş rayonunun Getahovit kəndində yerləşən 8,9 hektar torpaq sahəsindən və ümumi sahəsi 9427 kvadratmetr olan tikililərdən gedir.
Bu obyektlərin kilsəyə pulsuz verilməsi barədə qərar 2018-ci ilin martında Karen Karapetyan hökuməti tərəfindən verilib.
Baş Prokurorluğun məlumatına görə, hədiyyə müqaviləsi tərtib edilərkən qanun pozuntularına yol verilib, bununla əlaqədar qurum əqdin etibarsız hesab edilməsini və əmlakın dövlətə qaytarılmasını tələb edir./report
Oxunub: 10
Xəbəri paylaş
Paylaş: