İsrail BƏƏ-dən bütün diplomatik personalını və ailələrini təxliyə edir
İsrailin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) bütün diplomatik personalını və ailələrini təxliyə etmək qərarına gəldiyi bildirilib.
İsrail Xarici İşlər Nazirliyi Əbu-Dabidəki səfirlikdən və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Dubaydakı baş konsulluqdan bütün diplomatik personalı və onların ailə üzvlərini təxliyə etmək qərarına gəlib.
İsrailin “Yediot Ahronot” qəzeti xəbər verir ki, Xarici İşlər Nazirliyinin qərarı Milli Təhlükəsizlik Şurasının israillilərə BƏƏ-yə səyahətlə bağlı xəbərdarlığını yeniləməsindən sonra verilib.
Xəbərdə Xarici İşlər Nazirliyinin evakuasiya qərarının “qeyri-adi” olduğu bildirilib və bu addımın yüksək səviyyəli xəbərdarlığa dəlalət etdiyi vurğulanıb.
Milli Təhlükəsizlik Şurası BƏƏ-dəki İsrail hədəflərinə hücumlarla bağlı narahatlıqlara istinad edərək: "Ölkəyə lazımsız səyahətlərdən qaçınmaq və səyahət etməyi düşünənlərin yenidən nəzərdən keçirmələri şiddətlə tövsiyə olunur" deyə səyahət xəbərdarlığı edib.
Qeyd olunub ki, BƏƏ üçün üçüncü dərəcəli səyahət xəbərdarlığı hələ də qüvvədədir.
Press-fakt