Yer üzündən silinmiş şəhər - Rusiya Çasov Yarı bu günə saldı /FOTOLAR
Xəbər verildiyi kimi, Rusiya Müdafiə Nazirliyi dünən Ukraynanın Donetsk vilayətindəki Çasov Yar şəhərini ələ keçirdiyi barədə rəsmi məlumat yayıb.
Lakin Ukrayna tərəfi bu məlumatı təkzib edərək, son günlərdə heç nəyin dəyişmədiyini və Rusiya işğalçılarının yalnız şəhərin bəzi hissələrində möhkəmləndiyini qeyd edib.
Bu gün isə Rusiyanın RİA-Novosti agentliyi şəhərdən fotolar yayımlayıb. Ancaq fotoların yalnız havadan, yəni dronlar vasitəsilə çəkildiyini nəzərə alsaq, şəhərin hələ də rusların tam nəzarətində olmadığı qənati yaranır. Ümumilikdə isə şəhərin kimin nəzarətində olmasından asılı olmayaraq, əsl mənada yer üzündən silindiyi görünür. Beləlilklə, Çasov Yar “rus dünyası”nın gətirdiyi daha bir mənzərəni göz önünə açır…




Oxunub: 15
Xəbəri paylaş
Paylaş: