Ukrayna PUA-larla Krıma hücum edib
Ukrayna Silahlı Qüvvələri ötən gecə PUA-larla Krıma hücum ediblər. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Krımdakı separatçıların başçısı Sergey Aksenov məlumat yayıb. Onun sözlərinə görə, PUA-lardan 6-sı vurulub. S. Aksenov hücum nəticəsində ölən və yaralananların olmadığını bildirib. Qeyd edək ki, Rusiya Krım yarımadasını 2014-cü ildə ilhaq edib.
Oxunub: 14
Paylaş: