Rəşad Nəbiyev Qusarda vətəndaşları qəbul edəcək
İyunun 5-də, saat 10:00-da rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində Quba, Xaçmaz və Qusar rayonlarının sakinlərini qəbul edəcək.
"Report" nazirliyə istinadən xəbər verir ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, televiziya və radio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Qəbula yazılmaq üçün iyunun 3-nə qədər nazirliyin Çağrı Mərkəzi (1655) və elektron poçtu (
Oxunub: 89
Xəbəri paylaş
Paylaş: