Sabunçuda 31 yaşlı qadını avtomobil vurub
Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, avtomobil yolu keçən 1992-ci il təvəllüdlü Əliyeva Mələk Heybət qızını vuraraq xəsarət yetirib.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Oxunub: 85
Xəbəri paylaş
Paylaş: