Azərbaycan taekvondoçusu Bakıdakı dünya çempionatında mübarizəni dayandırıb
Azərbaycan taekvondoçusu Cavad Ağayev Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb. "Report"un məlumatına görə, 68 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində Çin təmsilçisi Çenminq Ksyao ilə dueldən məğlub ayrılıb. Ağayev əvvəlki raundda Eldar Kurmanaliyevi (Qırğızıstan) üstələmişdi. Qeyd edək ki, yarış iyunun 4-də başa çatacaq.
Oxunub: 71
Xəbəri paylaş
Paylaş: