Ermənistanda yeni koronavirus antirekordu - yoluxanların sayı 10 000-i keçdi

Ermənistanda koronavirusa yoluxanların sayı son sutkada daha 517 nəfər artaraq 10 009-a çatıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Qeyd olunub ki, koronavirusdan bir gündə daha 19 xəstə ölüb. Beləliklə, hazırda pandemiyadan həyatını itirənlərin ümumi sayı 158 nəfər təşkil edir.
İndiyə kimi Ermənistanda 3427 xəstə sağalıb.
Oxunub: 299
Xəbəri paylaş
Paylaş: