Azərbaycanda yol vergisi üzrə proqnoz azaldılır
Azərbaycanın yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirlərinin 125,9 milyon manatı yol vergisi üzrə daxilolmaların payına düşəcək. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 7,4 % azdır. Yenilənmiş məbləğin 31,8 %-ni və yaxud 40 milyon manatı Döpvlət Gömrük Komitəsi, 68,2 %-ni və yaxud 85,9 milyon manatını isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti təmin edəcək. Bu isə, 2023-ci ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq 20 % az və eynidir. Xatırladaq ki, dəyişikliklə bu il büdcə gəlirlərinin 33 milyard 779,5 milyon manat, büdcə xərclərinin isə 36 milyard 568,8 milyon manat olacağı gözlənilir.
Oxunub: 71
Xəbəri paylaş
Paylaş: