Sabunçuda 22 yaşlı gənci avtomobil vurub
Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, avtomobil yolu keçən 2001-ci il təvəllüdlü Hüseynzadə Valeh Mehdi oğlunu vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
Oxunub: 67
Xəbəri paylaş
Paylaş: