Bakı sakininin bank kartı oğurlandı: Balansından külli miqdarda pul çıxarıldı
Bakı sakininin bank kartı oğurlanaraq hesabından 2800 manat pulu çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, iyunun 4-də paytaxtın Nəsimi rayonu ərazisində Bakı şəhər sakini olan bir nəfərin bank kartının oğurlanması və hesabından 2800 manatının çıxarılması barədə polisə məlumat daxil olub. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Füzuli rayon sakini Şahin Məmmədov, Ağsu rayon sakini Etimad Həsənov, Bakı şəhər sakinləri - Nicat Əzizli və Zahid Əzizov müəyyən olunaraq saxlanılıblar.
Oxunub: 68
Xəbəri paylaş
Paylaş: