Azərbaycan Belçikaya yumurta ixrac edəcək
“Yaxın gələcəkdə Azərbaycandan Belçika Krallığına yumurta ixrac ediləcək”.
Oxu.Az-ın məlumatına görə, bunu Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib.
O bildirib ki, hazırda sənədləşmə işləri aparılır:
“Yaxın zamanda ixrac prosesi baş tutacaq. Hazırda İsrail da daxil olmaqla, 10-a yaxın xarici ölkəyə yumurta ixrac edirik”.
Sədr qeyd edib ki, ötən il 130 min tondan çox quş əti istehsal edilib.
Oxunub: 113
Xəbəri paylaş
Paylaş: