Rusiyada yeddi kilometr məsafədə hədəfi vura biləcək snayper tüfəngi hazırlanır

Bu barədə “RİA Novosti”yə sözügedən silahı hazırlamağı planlaşdıran “Lobaev Arms” şirkətinin baş direktoru Vladislav Lobayev danışıb.
Hazırda ən uzaq mənzilə sahib snayper tüfəngi sayılan “Sumrak” hədəfi 2.5-4.2 kilometr məsafədə vura bilir.
Lobayevin sözlərinə görə, 6-7 kilometr məsafəni vura biləcək snayper tüfəngi dünya bazarında mövcud olmayıb.
Tüfəng belə böyük məsafəyə uçuş imkanı verəcək texnoloji yeniliklərdən istifadə olunan güllə ilə təchiz ediləcək.
Silahın 2021-ci ilin əvvəlində hazır olacağı ehtimalı var.
Oxunub: 534
Xəbəri paylaş
Paylaş: