Hakimlər davaya müdaxilə etməyəcək -
Yeni təlimat
Bu gün Azərbaycan Premer Liqası və ölkə kuboku ilə bağlı açıqlanan təlimatda hakimlərlə bağlı bəzi qadağalar göstərilib.
PFL-nin saytında xəbər verilir ki, mübahisəli epizod zamanı baş hakim meydandakı topu əlinə götürməyəcək.
Ona dördüncü hakimin yanında olan və dezinfeksiya edilmiş top veriləcək. Bu top 4-cü hakimin yanında saxlanılmalıdır.
Bundan əlavə, hakim mübahisəli vəziyyətlər zamanı oyunçular arasında iğtişaş yarandıqda onlara fiziki təmasla müdaxilə etməməli, kənardan durub müşahidə etməlidir.
Oxunub: 301
Xəbəri paylaş
Paylaş: