Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • Azərbaycan mətbuatı: islahatlara daha çox ehtiyacı olan dördüncü hakimiyyət…
  • BUMERANQ -NƏ ƏKƏRSƏN, ONU BİÇƏRSƏN
  • Tağı Əhmədov: "Hələ Ramiz Mehdiyevdən çox məsləhət alacaqlar"
  • Dünən Milli Məclisdə nələr baş verdi? - Deputatlar üz-üzə gəldi
  • Tramp ...sosial şəbəkələr üzərində nəzarətin gücləsməsinə təkan verir - MÜSAHİBƏ

    • Tarix: 6-06-2020, 11:14



    ABŞ prezidenti Donald Tramp sosial şəbəkələr üzərində nəzarəti artıran sərəncam imzalayıb. Amma bir çoxları sosial şəbəkələrin fəaliyyəti üzərində nəzarətin gücləndirilməsini dəstəkləmir. Onların fikrincə, bu, senzuraya gətirib çıxaracaq. Azərbaycanda da sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi bir neçə dəfə müzakirələrə səbəb olub. ABŞ prezidentinin bu qərarı Azərbaycanda da sosial şəbəkələrin fəaliyyətini yenidən diqqət mərkəzinə gətirib. Azərbaycanda bu mövzuda çıxış edən dövlət rəsmiləri və hakim partiyadan olan deputatlar sosial şəbəkələri “virtual terror” platforması adlandırırlar və Azərbaycanda sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi ilə bağlı təkliflə çıxış edirlər. 
    Media Hüququ Qrupunun rəhbəri Xalid Ağəliyev də məhz bu məsələ ilə bağlı ASTNA-nın suallarını cavablandırıb.


    -Xalid bəy, Donald Trampın sosial şəbəkələrə dair sərəncamı bu mövzunu Azərbaycanda da gündəmə gətirib. Milli Məclisdə sosial şəbəkələrlə bağlı müzakirələr aparılır, hökumət rəsmiləri bu məsələyə münasibət bildirirlər. Sizcə, Trampın bu qərarı Azərbaycanda da hakimiyyətə istədiyi formada sosial şəbəkələri tənzimləmək üçün fürsət verəcəkmi?

    -Bu məsələdə ABŞ və Azərbaycan təcrübəsi, qanunları arasında müqayisə aparmaq fikirləşmirəm ki, uğurlu olar. Nəzərə almaq lazımdır ki, ABŞ qanunları ifadə azadlığı hüququna kifayət qədər geniş imkanlar tanıyır. ABŞ-ın kommunikasiya etikasını tənzimləyən qanunvericiliyi fərdlərə sosial media şirkətlərinə qarşı həmin platformalardakı böhtan, təhqir, aşağılamalarla bağlı məhkəməyə müraciət etməyi qadağan edir.

    Yəni, Tvitter, Facebook, YouTube və bu kimi digər şəbəkələr orada yayılmış məzmuna görə məsuliyyət daşımırlar. ABŞ prezidentinin son səs-küylü qərarnaməsi bu durumu dəyişmir. Bu qərar olsa-olsa mövcud kommunikasiya etikası haqda qanunvericiliyin yozumuna yeni çalarlar qata bilmə potensialındadır. Hətta bu, baş versə belə, yəni, sosial media şirkətlərini məhkəməyə vermək imkanı yaransa, ABŞ məhkəmələrinin ifadə azadlığına mühüm önəm verən təcrübəsinə təsir edəcəyini düşünmək inandırıcı deyil.

    Ümumiyyətlə, bu, ABŞ reallığı baxımından narahatlıq doğuran ola bilər, bizim kimi ölkələr üçünsə yenilik deyil. Bizim ifadə azadlığı hüququ qanunvericiliyimizin sosial media aspekti onsuz da kifayət qədər problemlidir.

    Son zamanlar qanunvericiliyə bu aspektdə kifayət qədər mürtəce dəyişikliklər edilib. Bütün bunların fövqündə o da vurğulanmalıdır ki, ABŞ, inkişaf etmiş digər ölkələrdən ifadə azadlığı ilə əlaqəli məhdudiyyət potensiallı təşəbbüslərin dilə gətirilməsi, qərarların qəbulu Azərbaycan kimi ölkələri məhdudiyyətləri daha da sərtləşdirməyə ən azı həvəsləndirir.
    Ancaq unutmamalıyıq ki, Azərbaycan ifadə azadlığı hüququna lazımi dəyəri verən Avropa Şurasının üzvüdür və öhdəliklərinin fonunda bu qurumun standartlarına uymalıdır.

    -Azərbaycan hakimiyyət nümayəndələri çıxışlarında sosial şəbəkələri “mənəvi terror”, “virtual terror” platforması adlandırırlar. Azərbaycanda belə bir hal varmı? Varsa, bununla necə mübarizə aparmaq lazımdır?

    -Sosial şəbəkələri dəyərləndirən belə ifadələr olduqca yayğın ifadələrdir, həm də bir çox hallarda ifadə azadlığına, tənqidi məzmuna hakimiyyət nümayəndələrinin yanaşmasının eynisidir. Sosial medianı Azərbaycan reallıqlarından əlahiddə təsvir etmək mümkün deyil. 20 il Azərbaycanda çap mediası qızıl dövrünü yaşayırdı.

    Medianın azadlığı, çoxsəslilik vardı, tənqid, tənqidə dözüm vardı. Amma sonra həmin media sıradan çıxarıldı, nəzarət altına alınan çap mediası isə bizi bunlardan məhrum etdi. Toplum hətta ümumölkə tezliklərində yayımlanan, hökumətin nəzarətində olan telekanallardan sosial media platformalarında indi müşahidə olunan tendensiyaların daha ağırlarını izləmək zorunda qaldı.

    Nə əkərsən, onu da biçərsən sözü var. Yəni, qısaca desək, bütün mediada olduğu kimi sosial medianın Azərbaycan siqmentində də problemlər var. Ancaq bu problem sosial medianın gətirdiyi problem deyil, hökumətin yanlış, sıxıcı, məhdudlaşdırıcı media siyasətinin meyvəsidir.

    Bu siyasət məhdudiyyətlərlə, sıxma-boğmalarla davam edəcəksə hamının narahatlıq ifadə etdiyi təhqirlər, böhtanlar, aşağılamalar özünə yenə də bir yol tapacaq, qarşımıza çıxacaq.
    Bundan arınmanın yolu mediaya lazım olan əlverişli fəaliyyət mühitini verməkdir.

    -Sosial şəbəkələrlə bağlı məsələ illərdir Azərbaycanda müzakirə olunur. Hətta bununla bağlı bir neçə dəfə qanunlara dəyişiklik edilib, məhkəmə qərarları olub. Görünən odur ki, hakimiyyət sosial şəbəkələrin fəaliyyətindən narahatdır. İndi isə sanki əlinə fürsət düşüb. Hakimiyyət niyə sosial şəbəkələrdən çəkinir, ehtiyat edir?

    -Təəssüflər olsun ki, hökumətimiz həmişə mediadan, özəlliklə tənqidi mediadan ehtiyat edib, çəkinib. Bu yanaşma 20 ildən çoxdur ki, hakimdir. Ən əvvəl teleradio mediasından ehtiyat edirdilər, çəkinirdilər. Müstəqilliyin ilk 5-6 ilində teleradio mediası demək olar ki, tamamilə nəzarət altına alınıb.

    Avropa Şurasına qəbul olunan zaman bu sahəni tənzimləyən yaxşılaşdırılmış qanunvericilik də sonradan məhdudlaşdırılıb. Tənzimləyici qurum – Teleradio Şurası da tam hökumətin nəzarətindədir. Ardınca növbə çap mediasına çatdı. Çap mediası özünün qızıl illlərini, aylarını yaşayarkən o da tədricən nəzarət altına alındı.
    Bütün bunlar jurnalistlərə qarşı sərt basqıların, həbsdə olan jurnalistlərin sayına görə Azərbaycanın ATƏT məkanına daxil olan ölkələrin önündə olmasının fonunda baş verdi. Daha sonra eyni siyasət İnternet mediasına münasibətdə yürüdülməkdə davam edir.
    Hökumət azad, çoxsəsli medianı sevmir. Qeyd etdiyimiz, xatırlatdığımız təcrübənin işığında baxsaq, hökumətdən sosial mediaya fərqli yanaşma siyasəti gözləmək məntiqli olmazdı.
    Doğru idarə edənlər, ədalətli icra edənlər sosial mediadan, ümumiyyətlə, mediadan çəkinməməlidir, onun gücündən yararlanmalıdır.

    -Azərbaycanda hakimiyyəti təmsil edən şəxslərin bəziləri beynəlxalq təşkilatları qınayırlar ki, əgər belə bir sərəncam, qərar hansısa başqa bir ölkədə olsaydı, bu ifadə azadlığının pozulması kimi qələmə verilərdi. Amma həmin beynəlxalq təşkilatlar Trampa söz deyə bilmirlər. Bu məsələdə ifadə azadlığının pozulması halı varmı və bu ifadə azadlığının pozulması kimi tövsif oluna bilərmi?

    -İstər Rusiya olsun, istər Çin olsun, istər ABŞ olsun, bu ölkələrdə media, ifadə azadlığı ilə əlaqəli istənilən önəmli gəlişməyə önəmli quruluşlar kifayət qədər adekvat reaksiya ifadə edirlər. Həm ABŞ prezidentinin son qərarına, eləcə də onun media ilə bağlı mübahisəli yanaşmalarına bu sahədəki əsas quruluşlar həmin qərarın layiq olduğu qədər tənqidi rəylərini ifadə ediblər. Həm də istənilən məhdudlaşdırıcı kimi görünən qərarların reallıqda gətirə biləcəyi məhdudiyyətləri hesablamaq da lazımdır.
    Məsələn, Rusiya prezidentinin fərmanının yaratdığı hüquqi rejimlə ABŞ prezidentinin sərəncamının doğurduğu nəticələri eyni tutmaq doğru deyil. Prezidentdən asılı məhkəmə, qanunverici hakimiyyət qollarının fonunda Rusiyada belə fərmanlar ən qısa zamanda bütün əlaqəli təcrübənin dəyişməsi anlamına gəlir. ABŞ-da isə belə deyil.

    Birincisi, nəzərə almaq lazımdır ki, ABŞ prezidentinin qərarı sosial mediaya müdaxiləni nəzərdə tutmur, sosial mediada fərdlərin paylaşdığı məzmuna sosial media sahiblərinin müdaxiləsinin çətinləşdirilməsinə yönəlib.

    İkincisi, prezidentin qərar verməsi hüquqi rejimi dəyişməyə yetmir. Konqres var, Senat var, mexanizmləri işləyən başqa instansiyalar var. Əksər qərarlar həm də bu instansiyalarda çək-çevir olunmalı, onlardan keçməlidir.

    Üçüncüsü, hətta zənn etsək ki, qərar bütün bu mərhələlərdən keçib, daha sonra ifadə azadlığı hüququna çox mühüm dəyər verən məhkəmə hakimiyyəti var. Məhkəmə hakimiyyətindən sosial mediaya, ifadə azadlığına bizim rəsmilərin ifadə etdiyi dərəcədə müdaxiləyə imkan verən qərarlar gözləmək sadəlövhlük olardı.
    ABŞ prezidentinin səs-küylü qərarı kommunikasiya etikası ilə bağlı qanunvericiliyə, sadəcə, yeni bir yozum ehtimalı yaradır. Bu, nə deməkdir? ABŞ-da qüvvədə olan kommunikasiya etikası ilə bağlı qanunvericilik istifadəçilərin paylaşımını silməyə görə sosial media platformalarına qarşı məhkəmə davası açmağı demək olar ki, yasaqlayır.
    Qanun eyni zamanda bunu “xoş niyyətli müdaxilə” ilə əsaslandırır. İndiyə kimi sosial media platformalarının “xoş niyyətli müdaxilə” çərçivəsini aşması məhkəmə müstəvisinə daşınıb, təsdiqlənməyib. ABŞ prezidentinin qərarı bu müddəanın yozumunu, sadəcə, çək-çevir predmetinə, halına gətirə bilər.

    -Azərbaycanda sosial şəbəkələrdə təhqirin, söyüşün qarşısını almaq üçün, eyni zamanda ifadə azadlığının pozulmaması üçün nə etmək olar? Nə təklif edərdiniz?

    -Məncə, bu durumda bizim əlimizdə doğru yol seçmək üçün yetərli təcrübə var. İstər teleradio mediası ilə bağlı, istərsə də çap mediası ilə bağlı siyasət təcrübəmiz bu dəfə səhv etməmək üçün yetərlidir.
    Hökumət teleradionu ram etmək üçün tənzimləmə qurumu yaratdı, sərt nəzarət tətbiq etdi və bu media ictimai etimadı demək olar ki, tam itirdi.

    Ardınca çap mediasına nəzarət məqsədilə qurumlar yaratdı. Əvvəl Mətbuat Şurasını nəzarətə götürdü, ardınca başqa yardım fondları yaratdı. Nəticə fərqli olmadı, İnternet mediasının mövcudluğu şəraitində 20-25 min tirajı olan qəzetlər indi 1000 nüsxə sata bilmir.
    Sərt nəzarət altındakı çap mediası da etimadı belə itirdi. Bu yanlışlıqlardan dönmək lazımdır. Saxta xəbərlərlə, böhtan, təhqir, söyüş kimi məzmunlarla mübarizənin doğru yolu sərt nəzarət altına almaq deyil.
    Cəmiyyətin etimad etdiyi, güvəndiyi, ictimai maraqların gözətçisi olan media mövcud olmalıdır. Bunun üçün hökumət həmin medianın yolundakı qanunvericilikdən qaynaqlanan, təcrübənin ortaya çıxardığı əngəlləri aradan qaldırmalıdır./BBC

    Oxunub: 531
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.