İranda bıçaqla silahlanan şəxslər konsert iştirakçılarına hücum edib
İranda bıçaqlı şəxslər konsert vaxtı insanlara hücum edib.
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verib.
Belə ki, dünən axşam saatlarında bir qrup şəxs soyuq silahlarla Sircan şəhərində Gerşa Rezayinin konsertinə hücum edib və iki nəfəri yaralayıb.
Pop ifaçısı naməlum şəxslərin hücumunu “rüsvayçılıq” adlandırıb və onlara qarşı “hüquqi tədbir görülməsini” tələb edib.
Qeyd edək ki, ötən həftə qondarma “Xodsər” adlı qüvvə Lian qrupunun konsertinə hücum edib.
Oxunub: 81
Xəbəri paylaş
Paylaş: