Rusiyanın dünyada analoqu olmayan YENİ SİSTEMİ:
ABŞ-ın kosmosu vuran raketlərini də geridə qoyur - FOTO
Mütəxəssislər sistemin Rusiyanın müdafiə qüvvəsini əhəmiyyətli dərəcədə artıracağını, gələcəkdə isə xarici ölkələrin diqqət göstərdiyi ixrac məhsuluna çevriləcəyini düşünür.
“Almaz-Antey” müdafiə şirkəti tərəfindən istehsal edilən sistem artıq Müdafiə Nazirliyinə təhvil verilib. Ordudakı mövcud “S-300” sistemlərinin yerinə keçirmək üçün istehsal edilən “Vityaz” qurudakı mülki hədəflərə, sənaye bölgələrinə və əhəmiyyətli hərbi nöqtələrə təyyarə, raket və ya Pilotsuz Uçuş Aparatları ilə təşkil edilən hava hücumlarına qarşı qalxan rolunu oynayır.
“Almaz-Antey” şirkəti tərəfindən istehsal edilmiş son dərəcə güclü fünksiyalara sahib çoxistiqamətli radiolakasiya ilə təchiz olunmuş “S-350 Vityaz”da “9М100”, “9М96/9М96М” və “9М96Е2” orta və yaxınmənzilli raketlər var.
Digər bir hərbi ekspert Viktor Litovkin isə “S-350” sisteminin dünyada bənzərinin olmadığını vurğulayıb.