Azərbaycanlı tələbə ABŞ-də 55 min dollar təqaüd alacaq
Bakı Mühəndislik Universitetinin (BMU) tələbəsi ABŞ-də doktoranturaya qəbul olub. Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb. Belə ki, Arzu Alxanova Bakı Mühəndislik Universitetinin Pedaqoji fakültəsini 99,17 balla (tədris ingilis dili) bitirib. O, ABŞ-nin Şimali Karolina Dövlət Universitetinin birbaşa doktorantura səviyyəsinə, illik 55 min dollar ABŞ dolları məbləğində tam təqaüdlə qəbul olub. Qeyd edək ki, Arzu Alxanova BMU-ya 611 balla daxil olub.
Oxunub: 299
Xəbəri paylaş
Paylaş: