“Rahat Market”lər şəbəkəsinin sayca 87-ci filialı fəaliyyətə başladı
7 iyul 2023-cü il tarixində “Rahat Market”lərin sayca 87-ci filialı - “Rahat gourmetmarket” Bakı şəhəri Xətai rayonu 8 noyabr prospekti “Nargilə” dairəsi ünvanında “Blue Mall”un birinci mərtəbəsində fəaliyyətə başlayıb. Yeni, tam fərqli formatda, hər marketdə tapa bilməyəcəyiniz dünya markalarını özündə cəmləyən, əsl qurmanların sevdiyi bir məkan ola biləcək xüsusi ilə “Rahat gourmetmarket” üçün gətirilən bir çox məhsullarla birgə, on mindən çox məhsul çeşidi ilə müştərilərinin xidmətində olan yeni “Rahat gourmetmarket” səbirsizliklə onu sevən müştərilərini gözləyir. Çeşidli ət məhsulları və delikateslər, yüksək keyfiyyətli, istənilən zövqə uyğun, bir sıra ölkələrin qabaqcıl istehsalçılarından növbənöv içkilər, çeşidli süd məhsulları, hər növ çərəzlər və quru meyvələr, qurmanlarımız tərəfindən hər gün hazırlanan, qoxusundan doya bilməyəcəyiniz hazır yeməklər, dadını heç vaxt unuda bilməyəcəyiniz şirniyyatlar artıq müştərilərin ixtiyarındadır. “Qürurla qeyd edə bilərik ki, bu günə qədər bütün işimiz sizin rahatlığınız və məmnuniyyətiniz əsasında qurulub. Hər birinizi yeni filialımızda böyük məmnuniyyətlə gözləyirik!”