Soçidə güclü leysan 10 avtomobili aparıb, evləri su basıb
Bazar günü yağan güclü leysan Soçidə on avtomobili aparıb. İki evi isə su basıb.
Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə mətbuat xidməti məlumat yayıb.
Hadisə şahidləri sosial şəbəkədə avtomobillərin su axınının qarşısında metal yığınına çevrildiyini əks etdirən videogörüntülər yayıblar.
Oxunub: 70
Xəbəri paylaş
Paylaş: