Naxçıvanda avtomobil qəzasında üç nəfər xəsarət alıb
Şahbuz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə axşam saatlarında Vayxır kəndi ərazisində qeydə alınıb.
Belə ki, avtomobilin yoldan çıxaraq aşması nəticəsində Naxçıvan şəhər sakinləri, 1982-ci il təvəllüdlü İlahə Təhməz qızı Vəliyeva, 1984-cü il təvəllüdlü Dilşad Fəxrəddin qızı Əliyeva və 2019-cu il təvəllüdlü Məhəmməd Elnur oğlu Əliyev xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 142
Xəbəri paylaş
Paylaş: