Dünya nəhənglərinin nüvə savaşı: Çin geri çəkildi - danışıqlarda maraqlı olmadığını bildirib
Siyasətçi qeyd edib ki, mövcud müqavilə ABŞ və Rusiya arasında ciddi ikitərəfli bir çərçivədir: “Lakin Çin bu ikitərəfli hesablamalara getdikcə təsir göstərir. Buna görə də hesab edirəm ki, bu prosesdən qazanclı çıxmaq üçün START-3-ü uzatmalıyıq”.
“Birincisi, Rusiya ilə ABŞ arasındakı strateji sabitlik arxitekturasını məhv edən Rusiyanın nüvə sualtı kompleksi “Poseydon” kimi yeni strateji olmayan silah növləridir. İkinci mövzu kosmosdakı təhlükəsizlik, üçüncüsü isə kiber təhlükəsizliklə bağlıdır.
Dördüncü bir mövzu da var - Çin kimi yeni oyunçular. Çinin gələcək müqavilələrə daxil olmasına bir yol tapmasaq, strateji silahlara nəzarətin uzunmüddətli olacağını düşünmürəm”.
“Blumberq” bundan əvvəl danışıqların iyunun 22-də Vyanada aparılacağını iddia etmişdi.
Oxunub: 497
Xəbəri paylaş
Paylaş: