Türkiyənin 41 vilayətinin valiləri dəyişdirildi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 41 vilayətin valilərinin dəyişdirilməsi barədə fərman imzalayıb.
Bu barədə “Resmi Qazete” bildirib.
Qeyd edilir ki, fərmanla Adıyaman, Denizli, Diyarbəkir, Manisa, Mardin, Samsun, Zonquldag, Aksaray, Konya, Eskişehir, Karaman və digər vilayətlərinin valiləri dəyişdirilib. Bununla yanaşı, daha 17 vilayətin valisinə mülki baş müfəttiş vəzifəsi verilib.
Fərmanla həmçinin 18 vilayətə yeni vali təyin edilib.
Oxunub: 269
Xəbəri paylaş
Paylaş: