Rusiyada qorxulu anlar: Ayı çörək sexinə girdi
Rusiyada çörək sexinə daxil olan vəhşi ayının görüntüləri izləyiciləri güldürüb.
Hadisə Saxalindəki “Cülyetta” mədəninə məxsus müəssisədə baş verib.
Sexə girən dördayaqlı 125 kökəni yeyib. O, ətrafdakı insanlardan qorxmayıb. Heyvan işini bitirdikdən sonra sakitcə çıxıb gedib.
Çörək sexinin işçiləri baş verənləri videoya çəkiblər.
Ayının ziyafət yerini xatırlayaraq, yenidən çörək sexinə qayıda biləcəyi qeyd edilib.
Oxunub: 106
Xəbəri paylaş
Paylaş: