Polisdən gəncə işgəncə verilməsi ilə bağlı
RƏSMİ AÇIQLAMA - VİDEO
İyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlardan, təhqiramiz ifadələr işlədənlərdən biri Kərim Süleymanlının polis bölməsində təzyiqə məruz qalması ilə bağlı iddiaları araşdırılıb.
Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, iddialar həqiqəti əks etdirmir: “O, sifətindəki xırda xəsarətləri polis bölməsində yox, saxlanılarkən polis əməkdaşlarının qanunu tələblərinə zidd olaraq tabesizlik göstərərkən alıb. İddialar üzrə hər bir xüsusat tərəfimizdən yoxlanılıb, onun polis əməkdaşları tərəfindən döyülməsi faktı təsdiqini tapmayıb. İddiaları qəti şəkildə təkzib edirik”.
Xatırladaq ki, İyunun 7-də Yasamal rayonunda sərt karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları ilə vətəndaşlar arasında insident yaşanıb. Karantin qaydalarını pozan şəxsin saxlanması zamanı binadan polisin üzərinə zibil və müxtəlif əşyalar atılıb. Bundan bir gün sonra adıçəkilən ünvanda əməliyyat keçirən polis 11 nəfər bina sakinini saxlayıb. Onlara 15,20 və 30 sutka cəza verilib.
K.Süleymanlı səhhətindəki problemlərlə bağlı olaraq ötən gün azad edilib.
Əməliyyat zamanı polislərdən biri adıçəkilən gəncin anasına "Sən də dovşansan, ərin də dovşandır!" deyərək təhqir edib. Polis işçisi bu gün hüquq mühafizə orqanlarından xaric edilib.Bu gün azadlığa buraxılan Yasamal sakini Prezidentə müraciət etdi "Məni 5 saat döydülər" - VİDEO
K.Süleymanov da səhhətindəki problemlərlə bağlı olaraq ötən gün sərbəst buraxılıb. "BakuPost"un məlumatına görə, Yasamal sakini Kərim Süleymanov Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və daxili işlər naziri Vilayət Eyvazova videomüracət ünvanlayıb.